reklam
Regionxeberlericom.az » Gündəm » Zelenskidən Rusiyadakı üsyanla bağlı ilk açıqlama

reklam

Zelenskidən Rusiyadakı üsyanla bağlı ilk açıqlama

















Ukrayna Prezident Volodimir Zelenski ilk dəfə Rusiyada özəl hərbi şirkət “Vaqner”in rəhbəri Yevgeni Priqojin tərəfindən təşkil edilən üsyanı şərh edib.

Bu barədə o, özünün Teleqram kanalında yazıb.

“Pislik yolunu seçən hər kəs özünü məhv etməklə məşğul olur, Rusiya Federasiyasının tam miqyaslı zəifliyi göz qabağındadır”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfi çoxdan öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edib:

“İndi o qədər xaos var ki, bunu bir yalanla gizlədə bilmirsən. Rusiyanın zəifliyi göz qabağındadır. Tam miqyaslı zəiflik. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, xaos, daxili ağrılar və problemlər də o qədər çox olacaq. Bu da göz qabağındadır”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti deyib ki, onlar avropalıları rus xaosunun və şərinin yayılmasından qoruya bilərlər.

Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.

Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.

Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.

Rusiya Prezidenti Vladimir Putin isə "Vaqner" muzdlu hərbi təşkilatının son addımını xəyanət adlandırıb. O, xalqa müraciətində üsyan təşkilatçılarının buna görə cavab verəcəklərini deyib.




Paylaş:


Müəllif : Tarix:
24-06-2023, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər