reklam
Regionxeberlericom.az » Dünya » “Vaqner” Türkiyədən silah almağa cəhd edib - KİV

reklam

“Vaqner” Türkiyədən silah almağa cəhd edib - KİV

















ABŞ-da mətbuata sızan kəşfiyyat məlumatlarına görə, Rusiyanın muzdlu qruplaşması “Vaqner” Türkiyədən silah və texnika almağa cəhd edib.

Mətbuata sızan kəşfiyyat məlumatlarına görə, “Vaqner” rəsmiləri fevral ayında hərbi qruplaşmanın Mali və Ukraynada istifadə etməsi məqsədilə silah və avadanlıq almaq üçün türk vasitəçilərlə əlaqə saxlayıb.

Rusiyanın xüsusi hərbi qrupu bunu edərkən sənədləşmədə “Wagner” əvəzinə “Vagner” adından istifadə edib.

Kəşfiyyat məlumatlarına görə, Malinin müvəqqəti prezidenti Assimi Qoita ölkəsinin “Vaqner”in adından Türkiyədən silah ala biləcəyini təsdiqləyib.

Xəbərdə Türkiyə hökumətinin təşəbbüsdən xəbəri olması ilə bağlı dəqiq məlumatın olmadığı bildirilir. Qeyd olunur ki, həmçinin silah satışının baş tutub-tutmaması da məlum deyil. 

“New York Times” və “Washington Posts” qəzetlərində dərc olunan kəşfiyyat hesabatlarında Türkiyə ilə bağlı məlumatların elektron cihazlar və dinləmə texnologiyaları ilə hazırlanmış “siqnal kəşfiyyatı” üsulu ilə verildiyi iddia edilib.

Bu arada ABŞ Müdafiə Nazirliyinin sızdırılan məxfi sənədlərlə bağlı araşdırmaya başladığı və bu məlumatların sızmasında Rusiyanın əlinin ola biləcəyindən şübhələndiyi bildirilir.




Paylaş:


Müəllif : Tarix:
10-04-2023, 14:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər