"Kapital Bank" "Akkord"u məhkəməyə verdi – Borcunu ödəmir
Gəlirlərinə görə Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC ölkənin aparıcı şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord General Construction” MMC-yə, həmçinin fiziki şəxs Məmmədov Bağır Famil oğluna qarşı məhkəmə iddiası qaldırıb.
İddia dünən - 25.07.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 245,8 milyon manat olan “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur.
Onu da qeyd edək ki, barəsində məhkəmə iddiası qaldırılan “Akkord General Construction” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 164 min 122 manat 14 qəpik vergi borcu var.
Nizamnamə kapitalı 10 min manat olan “Akkord General Construction” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda şirkətə Məmmədov Səlim Alışan oğlu rəhbərlik edir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 83 milyon 259 min 750 manat olan şirkətə Ayhan Keskinkılıç rəhbərlik edir.
Qeyd edək ki, uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralaova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2022, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə