Göyçay sakini arvadını və özünü niyə öldürüb? - Dəhşətli cinayətin TƏFƏRRÜATI + FOTO

Göyçay rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə nəticəsində əri tərəfindən qətlə yetirilmiş Ülviyyə Cavadovanın anası Zivər İsrafilova APA-nın yerli bürosuna bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib:
“Kasıb ailə olublar, dolanışıqları çox zəif olub, qızım evdən bayıra çıxan olmayıb, evdar qadın olub, onun ailəsində kasıbçılıqla əlaqədar həmişə söz-söhbət olub. Hadisə baş verən gün eşitdik ki, Elnur həyat yoldaşı Ülviyyəni Göyçay şəhərinə aparıb, ona şirniyyat sexində, özünə isə marketdə iş tapıb. Onlar evə qayıdandan sonra Elnur yoldaşını evin qarşısındakı meyvə bağına aparıb, kolluqda gizlətdiyi başqa adama məxsus ov tüfəngi ilə onu öldürüb. Sonra özü kolluq ərazidə intihar edib”.
Ülviyyənin qardaşı Rəşad İsrafilov APA-nın yerli bürosuna bildirib ki, bacısının ailəsi çox kasıb idi, Elnur narkotik aludəçisi olduğu üçün heç yerdə işləmirdi, əsəbləri pozulmuşdu, bacısına görə o, ailəyə həmişə maddi yardım edirdi. Rəşad son bir ildə yeznəsinə hissə-hissə 10 min manata yaxın pul verdiyini bildirib. O, buna baxmayaraq, Elnurun bacısına çox zülm etdiyini, onu bədbəxt elədiyini bildirir, uşaqlarının gözü önündə onu öldürməsini qəbul edə bilmir.
Mərhumun bacısı Səidə Cəbrayılova bildirib ki, hadisə qısqanclıq və ya namus üstə olmayıb:
“Bacımı kənddə hamı namuslu qadın kimi tanıyır, onun adı heç vaxt pis qadın kimi hallanmayıb. Kasıb idi, həyətində toyuq-cücə bəsləyən, əkin-biçinlə məşğul olan zəhmətkeş qadın idi. Onun yoldaşı Elnur isə çox əsəbi, narahat adam idi. Ülviyyə 15 il ailəli olduğu müddətdə ilk dəfə sevinərək mənə zəng edib dedi ki, həyat yoldaşı ilə birgə şəhərdə işləyəcəklər, bundan sonra onların da öz qazancı olacaq, dolanışıqları yaxşılaşacaq, uşaqlar böyüyür, onları oxutmaq üçün pul toplayacaqlar. Onun arzusu ürəyində qaldı. Bacım ölümündən iki saat öncə mənə dedi ki, yoldaşım Elnuru əsəb xəstəliyinə görə müalicə etdirmək üçün qardaşımdan alıb evdə gizlətdiyim 150 manatı Elnur götürərək xərcləyib, sonuncu dəfə buna görə Elnurla Ülviyyə arasında söz-söhbət olub. Bacım mənə zəng edib iş tapdıqlarını deyəndə Elnurun ona işləməyə icazə verməsinə heç inanmadım. Bu gün onlar işə çıxacaqdılar, amma belə dəhşətli ailə faciəsi baş verdi, uşaqlar yetim qaldı”.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2021, 22:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-07-2021, 22:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO