Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişib? - RƏSMİ AÇIQLAMA

Milli Məclisin plenar iclasının aprel ayının 12-dən 9-a təxirə salınmasına səbəb kimi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun qızının toy günü ilə üst-üstə düşməsi haqqında Demokrat.az saytı xəbər yayıb.
Məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bu tamamilə yalan söhbətdir, milli məclisin plenar iclasının təxirə salınmasından söhbət gedə bilməz:
“Tamamilə boş söhbətdir. Mən birinci dəfədir ki, eşidirəm. İclasın 12-də keçiriləcəyi informasiyasını kim yayıb axı? Orada da deyilib ki, iclas ayın 9-u keçiriləcək. Nə vaxt 12-nə təyin olunmuşdu ki, doqquzuna da təxirə salınsın. Bundan söhbət gedə bilməz. Yalan məlumatdı, düz informasiya deyil”.
Qeyd edək ki, Demokrat.az saytının yaydığı məlumata görə, aprel ayında Bakıda yerləşən dəbdəbəli "Böyük Saray" şadlıq evində Milli Məclisin 2 deputatı övladına toy edəcək. Aprelin 5-də sözügedən şadlıq sarayında Milli Məclisin deputatı İqbal Məmmədovun oğlunun toy mərasimi olacaq. Aprelin 12-də isə "Böyük Saray" şadlıq evində Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərovun qızının da toy mərasimi keçiriləcək.
Saytın yazdığına görə, Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı Birinci vitse-spiker Ziyafət Əsgərov elan edib ki, Parlamentin növbəti iclası aprelin 9-da keçiriləcək. Milli Məclisin növbəti plenar iclasının aprelin 12-də keçirilməsi nəzərdə tutulurdu. İclas Ziyafət Əsgərovun qızının toy gününə təsadüf etdiyi üçün Milli Məclisin növbəti plenar iclasının vaxtının ertələndiyi ehtimal edilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-03-2019, 22:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-03-2019, 22:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC