reklam
Regionxeberlericom.az » Araşdırma » London çirkli pul yuma çamaşırxanasına çevrilib – “Transparency International U.K.”-in siyahısında Azərbaycanın da adı var

reklam

London çirkli pul yuma çamaşırxanasına çevrilib – “Transparency International U.K.”-in siyahısında Azərbaycanın da adı var


Çirkli pullar banklara, hüquq firmalarına və mühasibatlıq orqanlarına yol açır. Həmçinin mülkiyyətlərə, şirkətlərə və hətta məktəblərə girir. İngilis millət vəkilləri və polisin sərt tədbirlərinə baxmayaraq, 418 milyard dollarlıq “daşqın” Böyüek britaniyanı korrupsiyalı sərvət üçün mərkəz halına gətirməkdə davam edir, heç bir geri çəkilmə əlaməti yoxdur.
Bu, qlobal antikorrupsiya qrupunun Londonda yerləşən qolu olan “Transparency International UK” tərəfindən açıqlanan hesabatın əsas tapıntısıdır. Çirkli pulların yuyulmasına gəldikdə, ən çətin problemlərdən biri cinayət yolu ilə qazanılan gəlirlərinin haradan qaynaqlandığını izlənilməsudir.
Son 30 ildə Britaniya əlaqəsi olan 400 hadisəni təhlil edərək, təhqiqatçılar qanunsuz vəsaitlərin İngiltərə və onun xaricindəki ərazilərdə 86 bank və maliyyə qurumu, 81 hüquq firması, 62 mühasib və 2200-dən çox şirkət vasitəsilə keçdiyini təsbit ediblər.
Təhqiqatçılar şübhəli pulları super zənginlərin xərclədiyi sərvətə nəzər yetirib: oyun-oyuncaqda tuitmuş yaxta və reaktiv təyyarələ xərclənən 407 milyon funt (524 milyon dollar). Onlar “Harrods”-da 50,690 funt sterlinqlik bir “Chanel” timsah dəri çantası və “Tom Ford” pencəyini, habelə “Chelsea” futbol komandasının ev stadionu olan “Stamford Bridge”-də xərclənən pulları izləyib. 2012-13 mövsümü üçün özəl biletlər bir bazar şirkəti tərəfindən 126.000 funt sterlinqə alınıb.
“Transparency International” bildirib ki, şirkətlərin heç birinin səhv hərəkətlərdə ittiham edilmədiyib. “Çelsi” təmsilçisi şərh verməkdən boyun qaçırıb.
“İşıq salma”
Bundan əlavə, onlarla memarlıq və daxili dizayn firmalarına ödənilən 8.3 milyon funt sterlinq, avtomobil satıcıları, zərgərlik mağazaları, sənət qalereyaları və moda butiklərindəki digər ödənişlər də aşkarlanıb.
“Biz uzun müddətdir bilirik ki, İngiltərədə dünya səviyyəli xidmətlər pul qazanan və pul gizlətməyə can atanları da daxil olmaqla, bir sıra müştəriləri cəlb edir”. Bunu “Transparency International UK”-in siyasət direktoru Dankan Heyms deyir. “İndi ilk dəfə bu şirkətlərin kim olduğu və dövrümüzün ən böyük korrupsiya qalmaqallarında necə büründükləri mövzusuna işıq salırıq”.
Hesabat ABŞ-dakı hüquq-mühafizə orqanları əməkdaşlarının şübhəli aktivlərini açıqlamağa məcbur etmək üçün “açıqlanmayan sərvət sifarişləri” kimi yeni hüquqi vasitələrdən istifadə etməklə, çirkli pulların yuyulmasına qarşı mübarizə aparıldığı bir vaxtda təsadüf edir. Səlahiyyətlilər, həmçinin cinayətkarlara ingilis kəndlərində malikanə alışı kimi sərmayələri gizlətməkdə köməkçilik edən vəkillərə və “ailə ofisləri”nə də diqqət yetirirlər.
Səylər azalmır
“Transparency International” vəzifəli şəxsləri səylərini ikiqat artırmağa çağırıb, çünki Şərqdən axan şübhəli sərvət İngiltərədəki bütün müəssisələri əhatə edir. Təhlil olunan bir çox əməliyyat çirkli pulların yuyulmasında günahlandırılan şəxslərin, çirkli pul axınının sənaye miqyaslı sxemlərin keçmiş SSRİ, o cümlədən Moldova, Azərbaycan və digər dövlətlərlə bağlılığını otaya çıxarıb.
Hesabatda “Citigroup Inc və Royal Bank of Scotland Group Plc”-nin bu tip “çamaşırxanalar”la əlaqəli vəsaitlərin göndərilməsi və ya alınması üçün məsul olan 10 kreditor siyahısına başçılıq etdiyi bildirilir. 177 təhsil müəssisəsi, o cümlədən nüfuzlu ingilis məktəbləri olan “Harrow School” və “Charterhouse” pul yığma sxemlərindən qaynaqlanan təhsil haqlarında 4,1 milyon funt sterlinq qazanıb.
“Citigroup” və “RBS” rəsmiləri hesabatı şərh etməkdən imtina ediblər, “Harrow School” və “Charterhouse” nümayəndələri şərh istəklərinə dərhal cavab verməyib. “Transparency International UK” banklara və ya məktəblərə qarşı qanun pozuntularına dair iddialar qaldırmadığını açıqlayıb.
“Transparency International U.K.”-in çirkli pulların yuyulmasına qarşı nəzarət rejimini yenidən nəzərdən keçirməyə çağırsa da, qeyri-qanuni maliyyələşdirmə üzrə mütəxəssislər, axının qarşısını almağın çətin olacağını deyirlər. Problem ondadır ki, hələ də dünyanın ən böyük beynəlxalq maliyyə mərkəzi olan London qlobal oyunçuların sərvətlərini idarə etməkdə üstün yer tutur.
London Universitetinin beynəlxalq siyasi iqtisad professoru Anastasiya Nesvetaylova deyib: “London qeyri-qanuni sərvət üçün son məkandır”.
Edvard Robinson
“Bloomberg”, 24.10.2019
Tərcümə: Strateq.az


Paylaş:


Müəllif : Tarix:
29-10-2019, 14:47
Sikayət   


loading...
Загрузка...