Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub ünvanladı
Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.
Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın bu ilin yanvar sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat ilə Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.
Sənəddə digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.
Məktubda, həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli fayda gətirmədiyi vurğulanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2024, 21:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb