reklam
Regionxeberlericom.az » Siyasət » AŞPA-dakı dostlarımız HARDA ÖLMÜŞDÜ Kİ... - HƏQİQƏTƏN DƏ...

reklam

AŞPA-dakı dostlarımız HARDA ÖLMÜŞDÜ Kİ... - HƏQİQƏTƏN DƏ...


Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyəti ilə bağlı qətnamənin səsverməsi zamanı təəccüb doğuran bir sıra məqamlar var. Onlardan biri də bəzi ölkələrin nümayəndə heyətlərinin Azərbaycana qarşı sərgilədiyi mövqedir. Yunanıstan, Kipr və Polşanın AŞPA-da Azərbaycanla bağlı davranışları çoxdan məlumdur. Lakin Ukrayna, Gürcüstan, Moldova və Macarıstanın nümayəndə heyətlərinin səsvermədə iştirakdan boyun qaçırmaları təəssüf hissi doğurur. Bu ölkələr AŞPA-dakı səsvermə zamanı Azərbaycanı dəstəkləməkdən imtina ediblər. Səsverməyə qatılmamalarını "neytrallıq" kimi qələmə veriblər. Sovet ittifaqı dağılandan sonra postsovet məkanında separtizm bəlası ilə qarşılaşan ölkələr arasında Azərbaycanla yanaşı, Moldova, Ukrayna, Gürcüstan da var idi. Azərbaycan öz ərazisində separatizmə son qoydu, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Ukrayna, Moldova və Gürcüstan isə hələ də separatizmlə bağlı çox ağır problemlərin məngənəsindədir. Qərbin və AŞPA-nın verdiyi vədlərə rəğmən, Gürcüstandakı hakimiyyət Abxaziyaya və Cənubi Osetiyaya, Moldova - Dnestryanı bölgəyə, Ukrayna isə şərq vilayətlərinə və Krıma nəzarəti tam itirib. Həmin ərazilərin separatizmdən nə zaman azad ediləcəyi, suverenliyin və ərazi bütünlüyünün nə zaman bərpa olunacağı bəlli deyil. Gözlənti o idi ki, AŞPA-dakı səsvermədə Ukrayna, Gürcüstan, Moldova və Macarıstan ölkəmizin əleyhinə olan isterik qətnamə ilə bağlı səsverməyə qatılmalı, bu rüsvayçı sənədin əleyhinə səs verməliydilər. Amma bunun əksini müşahidə etdik. AŞPA-dakı qətnamənin mətnində ölkəmizin ərazi bütünlüyü, suverenliyi şübhə altına alınmışdı. Ukrayna, Macarıstan, Gürcüstan və Moldovanın səsvermədən qaçması dolayı yolla bu ittihamlarla razılaşma anlamına da gəlir.

Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanı Ukraynanın birmənalı şəkildə yanında dayanıb Rusiyaya qarşı müharibəyə səsləyənlər bu mənzərəni görsünlər və düşünsünlər. Ekspert deyib ki, AŞPA-dakı məlum səsvermədə Ukrayna nümayəndə heyəti üçün heç bir təhlükə yox idi:

"Nədən bu cür mövqe tutublar, o aydındır. Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinə namizəd statusu alıblar və ona görə də onların dediyi hər şeyi etməyə çalışırlar. Yoxsa Azərbaycanın nümayəndə heyətinin səlahiyyətinin təsdiq olunmaması onlara nə verir ki?! Qətnamənin əleyhinə səs versəydilər, heç nə itirməzdilər. Ukrayna müharibəsində Azərbaycan Kiyevə hər cür dəstək verib və dəfələrlə Rusiya buna etirazını bildirib. Moskva deyir ki, "biz Ukraynanın elektrik enerjisinin təchizat strukturunu sıradan çıxarırıq, Azərbaycan isə elektrik qurğuları verir". Buna rəğmən, Ukraynaya hərtərəfli yardım etmişik, mövqeyini, ərazi bütövlüyünü dəstəkləmişik. Düzdür, bəzi məsələlərdə reallıqları nəzərə alaraq addım atmışıq. Məsələn, Krım platformasında iştirak etmədik. Birbaşa Rusiya əleyhinə Ukrayna tərəfindən hazırlanmış qətnamə layihələrinə dəstək verməmişik. Ukraynanın ərazi bütövlüyünə tam dəstək ifadə etmişik, amma bəzən bizi qonşu Rusiya ilə qarşı-qarşıya gəlməyə sövq etmək, qarşıdurma müstəvisinə daşımaq istəyiblər. Biz buna qarşı çıxmışıq. Xatırlayırsınızsa, Ukrayna səfiri Ermənistanın hazırladığı "humanitar yardım" şousunda iştirak etmişdi. Ancaq yardımları davam etdirdik və bundan sonra da davam etdiriləcək. Amma düşünməliyik ki, heç bir təhlükə olmadığı halda Ukrayna, Gürcüstan və Moldova niyə belə mövqe tutdular. Bəlkə də müəyyən məqamlarda adekvat cavab verilməlidir ki, həlledici məqamlarda "neytral" mövqe tutmaq olmaz".





Paylaş:


Müəllif : Tarix:
30-01-2024, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər