reklam
Regionxeberlericom.az » Siyasət » Payıza REFERENDUM hazırlıqları – Səsverməyə hansı məsələlər çıxarıla bilər?

reklam

Payıza REFERENDUM hazırlıqları – Səsverməyə hansı məsələlər çıxarıla bilər?


Payızda Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Belə ki, ölkə mətbuatında müxtəlif sektorlar üzrə Konstitusiyaya dəyişikliklərin olacağı ilə bağlı xəbərlər tirajlanır. Əsas önə sürülən müddəlar isə yerli idarəetmə sistemində dəyişikliklər, qarışıq seçki sisteminin tətbiqi və Milli Məclisdə deputat yerlərinin sayının artırılması ilə bağlıdır. Referendumun keçiriləcəyi ilə bağlı fikirlərə Bizim.Media-ya açıqlamasında münasibət bildirən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də hazırda cəmiyyətdə bu məsələ ətrafında müzakirələrin getdiyini bildirib:

“Bir qrup insan bunun tərəfdar çıxsa da, digər qrup hələlik buna ehtiyac görmür. Konstitusiyaya dəyişkliklərin edilməsi ilə bağlı ciddi müzakirələrə ehtiyac var.

Məsələn, dəyişiklik mövzularından biri siyasi partiyalar arasında ciddi müzakirə olunur. Bu referendumun keçirilməsini zərurətə çevirə, ya da ən azından proporsional seçki sisteminin bərpa olunması ilə bağlı maddə konstitusiyaya daxil edilə bilər.

Əlavə olaraq Konstitusiyaya dəyişikliyinin ortaya atılması Cənab Prezidentin verdiyi mesajdan sonra daha da sürətləndi. Çünki Dövlət Başçısı icra hakimiyyətlərinin vəzifələrini yerinə yetirə bilməməsindən danışdı və icra sturkturlarında islahatlara ehtiyac olduğunu dedi. Bu da icra hakimiyyətlərinin ləğv olunması məsələsini müzakirə predmetinə çevirdi.

Bu iki məsələ daha çox müzakirə olunur. Ola bilsin ki, Konstitusiya dəyişikliyi ilə bağlı proses baş versin. Amma referendumun bu ya da gələn il keçiriləcəyini söyləmək çətindir. Yəqin ki, hökumətdə məsələ müzakirə olunur və qərarı Cənab Prezident verəcək. Ya da parlament bununla bağlı qərar verə bilər.

Amma hələki parlamentdə belə bir müzakirə yoxdur. Hökumətdə isə hansı müzakirənin getdiyindən xəbərdar deyilim.


Lakin hər halda belə bir zərurət yaranıb və cəmiyyət bu barədə danışır. Əgər cəmiyyət müzakirə edirsə və zərurət varsa, deməli bu nəvaxtsa baş verə bilər”.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər