reklam
Regionxeberlericom.az » Siyasət » Ermənilər Laçını yandırır: BİZ İSƏ SEYR EDİRİK... - AXI NİYƏ?!

reklam

Ermənilər Laçını yandırır: BİZ İSƏ SEYR EDİRİK... - AXI NİYƏ?!


Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilər Laçını viran qoymağa başlayıblar.

Belə ki, yeni yolun istifadəyə verilməsindən sonra 10 noyabr bəyanatına uyğun olaraq, ənənəvi Laçın dəhlizi və Laçın şəhərinin mərkəzi, habelə ermənilərin qanunsuz məskunlaşdırıldığı kəndlər Azərbaycanın nəzarətinə veriləcək. Ermənilər öncə heç yerə getməyəcəklərini desələr də, son günlərdə digər xəbərlər gəlir: Zor-xoş Laçından çıxacaqlarını bilən ermənilər Laçındakı evləri, meşələri, obyektləri yandırırlar. Buna dair kifayət qədər videofaktlar da var. Hansı ki, o mülklər azərbaycanlılara məxsusdur.

Ermənilər eyni yaramazlığı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər. Sülhməramlılar onda da göz yummuşdu. İndi Laçında da adekvat - seyrçi davranırlar. Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması çağırışları edilir. Bunun üçün kifayət qədər əsaslar var. Proses yaxın günlərdə başlaya bilərmi? Ümumən mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır? Dünya və maraqlı güclər baş verənlərə göz yumursa, bizim çıxış yolumuz nədir?

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov antiterror əməliyyatlarının vacibliyindən söz açdı: “Dövlət sərhədində tez-tez iriçaplı silahlardan baş verən atışmalar ondan xəbər verir ki, rus sülhməramlıları onların üzərinə düşən vəzifələri yerinə yetirmirlər. Əksinə, rus cəmiyyəti yaradırlar, öz dahilərinə büstlər, heykəllər qoyurlar. Belə təxribat xarakterli addımlar atırlar. Bu isə Azərbaycan üçün yolverilməzdir. Xalqımız bu cür hallarla barışa bilməz. Bunun qarşısı qətiyyətlə alınmalıdır. Hesab edirəm ki, dövlət tərəfindən bir daha onlara xəbərdarlıq olunmalıdır ki, rus sülhməramlıları sırf vəzifə borclarını yerinə yetirsinlər. Laçın məsələsinə gəlincə, bilirsiniz ki, üçtərəfli müqavilə imzalanıb. 4-cü maddədə açıq-aydın göstərilirdi ki, Rusiya sülhməramlıları Qarabağ ərazisinə daxil olanda separatçılar o yerləri tərk etməli idilər. Hansı ki, üstündən iki il müddət vaxt keçib, sülh müqaviləsinin şərtlərini erməni tərəfi yerinə yetirmir və sülhməramlılar da buna göz yumurlar. Biz görürük ki, Laçında Azərbaycan tərəfin alternativ yol çəkməsi heç də rusların ürəyincə deyil. Laçın rayonu tamamilə boşaldılmalıdır və sərhədlərimiz Azərbaycan sərhədçilərinin, gömrükçülərinin nəzarəti altında qorunmalıdır. Tez-tez təxribatların baş verməsi, Kəlbəcərdə olduğu kimi Laçında da evlərin yandırılması yolverilməzdir. Sülhməramlılar nəzarət etdikləri yerlərdə əmin-amanlığı qorumalıdır. Amma onlar bunu etmirlər və düşünürəm ki, elə bu işdə onların əlləri var. Əslində bununla Ermənistanla Azərbaycan arasında vəziyyəti daha da gərginləşdirirlər. Bugünkü gündə ruslara bu sərf edir. Ona görə də gərgin vəziyyətin olmasında maraqlıdır. Əgər sülhməramlılar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlərsə, Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatları həyata keçirmək ixtiyarındadır. Bir neçə xəbərdarlıqdan sonra ordumuz ərazi bütövlüyümüzün tam bərpası üçün əlindən gələni etməlidir. Boşaldılmalı olan ərazilər var ki, həmin ərazilər barədə dərhal tədbirlər görülməlidir. Bunun başqa çıxış yolu yoxdur. Həmin ərazilər təmizlənməli və Azərbaycanın nəzarəti altına verilməlidir. Kəlbəcərdə baş verənlər Laçında təkrarlanır. Unitazları aparan, evləri dağıdan ermənilərdən bundan artığını gözləmək olmaz. Vaxt itirmədən qətiyyətlə bunların qarşısı alınmalıdır. Çünki bizim insanlar ora köçməlidir. Proseslər ləngiməməlidir. Evlərin bərpası və tikintisi də uzun müddət vaxt aparacaq. Bilirsiniz ki, Laçında yaşayanların tam əksəriyyəti yerli əhali deyil. Bunlar xaricdən gətirilən ermənilərdir. Onların ümumiyyətlə, Azərbaycan ərazisində, Laçında yaşamağa haqları yoxdur. Bilirlər ki, həmin ərazilər Azərbaycanın tam nəzarətinə keçəndən sonra yoxlamalar aparılacaq. Onlar heç zaman Azərbaycan vətəndaşları olmadıqları üçün ərazilərimizdən çıxarılacaqlar. Alternativ yol çəkilir. Dövlət başçısı hələ 10 noyabr müqaviləsi əldə olunarkən bildirmişdi ki, alternativ yol məsələsini qısa müddətə həll edəcəyik. Bunlar ruslara təbii ki, sərf etmir. Yeni yola sərhədçilərimiz, gömrükçülərimiz nəzarət etməlidir. Əlbəttə, rus sülhməramlıları həmin yolda postlar quracaqlar. Alternativ yol açılandan sonra ərazilərimizə qanunsuz silah daşımaların da qarşısı alınacaq. Əgər bu şərtlər yerinə yetirilməsə, ordumuz birmənalı şəkildə antiterror əməliyyatı həyata keçirməli, öz hüquqlarımızı bərpa etməliyik”.

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu Azərbaycanın haqqı olan məsələlərə toxundu: “Azərbaycanın tələbi və onun Ali Baş Komandanının siyasi iradəsi məlumdur. Bu, dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə dünyaya bəyan edilib. Bütün məsələlər müəyyən olunmuş əsas mərkəzdən sapmadan Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində öz həllini tapmalıdır. Ərazilərimizi tərk etmək istəməyənlər varsa, vətəndaşlığımızı qəbul etməlidir. Əlində silah terror aktı törətmək istəyənlər varsa, ölü və ya diri olaraq zərərsizləşdirilməlidir. Xidməti sahəsində öz vəzifə səlahiyyətlərini aşan və bizə qarşı düşmən mövqe sərgiləyən ”sülhməramlı qüvvə" nəfərləri varsa, aşkarlanaraq ərazilərimizi tərketmə tələbi qoyulmalıdır. Tərəflər 10 noyabr tələblərinə riayət etmək məcburiyyətindədir. Təhlükəsizliyimizin pozulması istiqamətində hər hansı terror aktı və müxtəlif cinayətlər törədilərsə, antiterror əməliyyatları keçirmək tam legitim haqqımızdır".

Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 10:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər