Rusiya səfiri Şuşaya niyə getmədi? - SƏFİRLİYİN QURU CAVABI

Azərbaycan hökümətinin Şuşaya səfər etmək dəvətini qəbul etməyən və bunun motivini izah etmək barədə sorğu göndərdiyimiz ölkələrdən sonuncusu Rusiya olub. Redaksiyamız bu ölkənin səfirliyinə sorğu göndərib və Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərinə Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təşkil olunan səfərdə Rusiya səfiri Mixail Boçarnikovun yer almamasının səbəbini soruşub.
“Üçtərəfli razılaşmanın icrasının qarantı - Rusiya Şuşaya getmək təklifinə niyə məhəl qoymayıb?” sualına səfirliyin mətbuat katibi Alina Zolotaryeva quru cavab verib: “Biz Azərbaycandakı Rusiya səfirinin qrafik və səfərlərini şərh etmirik”.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Fransa səfirlikləri də bu ölkələrin Bakıdakı səfirlərinin Şuşaya səfərdən imtina etməsinin səbəbləri haqda bizim sorğularımıza hansısa şəkildə cavab verməyə cəhd etmişdilər. Hərçənd bu imtinanı heç nə ilə əsaslandırmamışdılar.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb