reklam
Regionxeberlericom.az » Siyasət » “İRANIN NÜVƏ PROQRAMININ "ATASINI" KİM ÖLDÜRDÜ?” - Fəxrizadənin qətli Qasim Süleymaninin öldürülməsinə bərabər hadisədir”

reklam

“İRANIN NÜVƏ PROQRAMININ "ATASINI" KİM ÖLDÜRDÜ?” - Fəxrizadənin qətli Qasim Süleymaninin öldürülməsinə bərabər hadisədir”


“Fəxrizadəyə edilən hücumun mürəkkəbliyini və peşkarlığını nəzərə alsaq...”
Artıq iyirmi ilə yaxındır ki, dünya gündəminin çox diqqətlə izlənilən mövzuları içərisində İranın nüvə proqramı ətrafında cərəyan edən hadisələr xüsusi yer tutur.
İran rəsmi surətdə bəyan edir ki, əsas fikri nüvə silahı əldə etmək yox, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdir. Ancaq ABŞ və İsrail bunun qətiyyən İranın dediyi kimi olmadığı fikrindədirlər.
Və bu ölkələr Tehranın nüvə silahına yiyələnməsinin qarşısını hər vəchlə alacaqlarını gizlətmirlər. Barak Obama administrasiyası zamanı İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq müqavilə imzalanmışdı. Lakin bu sazişin ömrü çox qısa oldu. Belə ki, Donald Tramp yeni şərtlər irəli sürdü, İran isə bununla razılaşmadı.
Nəhayət, bu mövzu noyabrın 28-də İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Mərkəzinin direktoru, nüvə tədqiqatları üzrə mütəxəssis Möhsin Fəxrizadəyə sui-qəsd edilməsindən və bunun nəticəsində alimin həlak olmasından sonra yenidən aktuallaşdı.
İndi bütün nəzərlər əsasən İsrailin üzərinə yönəlib və bu hadisəni məhz israillilərin törətdikləri iddia edilir. Dünyanın aparıcı KİV-ləri də məhz bu versiya üzərində dayanırlar.
ABŞ-ın “The Hill” qəzeti “İran nüvə proqramının atası Möhsin Fəxrizadəni kim öldürüb?” başlqlı məqaləsində İsrailin əvvələr də bu üsullardan istifadə etdiyinə diqqət çəkir.
Həmin məqalədə deyilir: ”Əgər kimsə Donald Trampın öz prezidentliyinin son həftələrindən İranın nüvə proqramına sarsıdıcı zərbə vurmaq üçün istifadə etməsini düşünürsə, o, mühüm bir məqamı unudur. Belə ki, məhz İsrail bu imkan pəncərəsindən istifadə etməklə belə bir tədbirə əl atıb. Çünki böyük ehtimalla, Bayden administrasiyasının dönəmində bunu etmək çox müşükül olardı.

“Tehran” cəsus serialının pərəstişkarları İsrail agentlərinin İran ərazisində belə bir siyasi qətl həyata keçirə bilmələrini çətin ki, həqiqətə uyğun hesab etməsinlər. 27 noyabr tarixində İranın aparıcı nüvə fiziki Möhsin Fəxrizadənin öldürülməsi sadəcə olaraq süjetin növbəti kəskin dönüşüdür.
Başı qarlı, yatmış Daməvənd vulkanının kölgəsindəki Tehranın şərq tərəfindəki tozlu yolda gedən Fəxrizadənin avtomobili pusquya düşüb. Biz hələ bu hadisənin təfərrüatlarını gözləyirik, lakin “twitter”də dərc edilən fotolar göstərir ki, avtomobildə sağ qalan olmayıb. Belə görünür ki, ikinci avtomobil də bomba partlayışı nəticəsində tam məhv edilib.
Aydındır ki, İsrail yenidən İranın nüvə-fiziklərinin öldürülməsi taktikasına qayıdıb. Onlar belə üsullardan 2009-2012-ci illərdə istifadə etsələr də, Obama administrasiyasının təzyiqi ilə bunu dayandırıblar.
İran Obama dönəmində nüvə silahı hazırlamasını məhdudlaşdıran çoxtərəfli müqaviləni imzalamağa razı salınmışdı. Lakin Tehrana təzyiqi gücləndirməkdən ötrü Tramp administrasiyası 2018-ci ildə bu müqavilədən çıxmışdı. İran o vaxtdan indiyədək uranın zənginləşdirilməsinin həcmini və fəaliyyətdəki sentrafuqaların sayını artırıb. Natanzandakı uranın zənginləşdirilməsi zavoduna böyük ehtimalla İsrail tərəfindən olunan hücum İranın ambisiyasının reallaşdırmasını tormozlasa da, bu fəaliyyətdən imtina edilməyib.
Əvvəlkii dövrlərdə İsrail çirkli işləri görmək üçün İran rejiminin əleyhdarı olan xüsusi təlim keçmiş adamlardan istifadə edirdi. Fəxrizadəyə edilən hücumun mürəkkəbliyini və peşkarlığını nəzərə alsaq, onda belə güman etmək olar ki, bunu israillilərin özləri həyata keçiriblər. Bu hadisə İran daxilində böyük qəzəb və müəyyən təlaş doğrub.

Bu səbəbdən Təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi praktiki cəhətdən qaçılmazdır. Möhsin Fəxrizadə İranın fiziki araşdırmalar mərkəzinin rəhbəri və “AMAD” layihəsinin, yəni nüvə silahı yaradılması proqramının rəhbəriydi.
Hərçənd, İran hakimiyyəti onların nüvə araşdırmalarının yalnız sülh xarakterli olmasında israr etsə də, hər halda Fəxrizadə BMT Təhlükəsizlik Şurasının qətnaməsində qeyd olunmuş sanksiyaların obyektinə çevrilmişdi. Möhsin Fəxrizadənin xaricdə saxladığı aktivlər dondurulmuşdu. Yəqin ki, indi biz bu şəxs haqqında daha çox şey biləcəyik.
Əgər baş verən hadisənin əhəmiyyəti barəsində danışsaq, onda deyə bilərik ki, Fəxrizadənin qətli bu ilin yanvarında Qasim Süleymaninin ABŞ hərbçilərinin hücumu nəticəsində öldürülməsinə bərabər hadisədir. O vaxt Tehran Süleymaninin öldürülməsinin qisasının alınacağına andı içsə də, hələlik bunu etməyib.”

Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti də bu mövzuya toxunub. Qəzetə verdiyi müsahibədə xüsusi əməliyyatlar üzrə hərbi ekspert Aleksey Valyujin deyib ki, Möhsin Fəxrizadəyə edilən hücüm hibrid müharibəsində yeni səhifə açacaq: ”Mənə elə gəlir ki, İran birbaşa cavab verməyəcək. Ancaq məsələn, qisas aksiyasının hədəfi İraqdakı ABŞ hərbi obyekti və ya amerikalıların Bağdaddakı səfirliyi ola bilər. Ola bilər ki, onlar amerilkalı və ya israilli yüksək ranqlı hərbçilərə qarşı diversiya həyata keçirsinlər.
Əgər yadınızdadırsa, Qasim Süleymaninin öldürülməsindən sonra Əfqanıstanda MKİ-nin yüksək vəzifəli agentlərindən ibarət qrupun da içində olduğu təyyarə qəzaya uğramışdı. Əgər İran total intiqam aksiyası keçirmək istəyirsə, bunun hədəfi ABŞ-ın İraqdakı, Suriyadakı, İsrailin şimalındakı hərbi obyektləri və ya Səudiyyə Ərəbistanının neft infarstrukturları ola bilər.
Amma mən vəziyyətin bu həddə gəlib çatacağını düşünmürəm. Çünki heç kim total müharibə istəmir. Fars körfəzinə ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qurupu daxil olub. Məncə bu, ABŞ tərəfindən xüsusi məna daşıyan jestdir”.


Paylaş:


Müəllif : Tarix:
2-12-2020, 09:38
Sikayət   


loading...
Загрузка...