reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyədə səslərin 42.55 faizi sayıldı: Hakim partiya öndədir - YENİLƏNİR

reklam

Türkiyədə səslərin 42.55 faizi sayıldı: Hakim partiya öndədir - YENİLƏNİR


Türkiyədə başa çatan bələdiyyə seçkilərində verilən səslərin 42.55 faizi sayılıb.
Hələ də hakim Ədalət və İnkişaf Partiyası (AKP) öndədir.
Səsvermənin ilkin nəticəsinə görə,  hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 47 faizinə sahib olub.
Sonrakı yerdə isə 31 faizlə Cümhuriyyət Xalq Partiyası (CHP) qərarlaşıb.
İstanbulda AKP cüzi fərqlə CHP-dən öndə olsa da, Ankara, Antalya və Adanada CHP AKP-ni qabaqlayıb.
 
***
 
Türkiyədə başa çatan bələdiyyə seçkilərində verilən səslərin sayımına başlanılıb.
İndiyədək 194 min 678 sandıqdan 43 min 906-sı, yəni 22,55 faizi sayılıb. Səsvermənin ilkin nəticəsinə görə,  hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 48,02 faizinə sahib olub.
Sonrakı yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) qərarlaşıb.
 
***
 
Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermə yerli vaxtla saat 17.00-da yüksək seçici fəallığı ilə başa çatıb və hazırda bülletenlər sayılır.

***

Türkiyənin 32 əyalətində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.
 
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Adıyaman, Ağrı ,Artvin, Bingöl, Duyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Kars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şirnak, Ardahan, İğdır və Kilis əyalətlərində səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 16:00-da yekunlaşıb.
 
Bildirilir ki, digər əyalətlərdə səsvermə yerli vaxtla saat 17:00-da yekunlaşacaq.
 
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 13 partiya iştirak edir.
 
Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.
 
Daha əvvəl Prezident Ərdoğan keçmiş iqtisadiyyat nazir Nihat Zeybekçinin namizədliyini İzmir bələdiyyə başçısı, Binəli Yıldırımın namizədliyini isə İstanbul bələdiyyə başçısı postuna irəli sürüb.
 
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.


Paylaş:


Müəllif : Tarix:
31-03-2019, 21:15
Sikayət   


loading...
Загрузка...