reklam
Regionxeberlericom.az » Sosial » “Konqres təsdiq etsə, “TikTok”a qadağanı imzalayacağam” – Bayden

reklam

“Konqres təsdiq etsə, “TikTok”a qadağanı imzalayacağam” – Bayden


















ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən təsdiqlənəcəyi təqdirdə ölkədə “TikTok” sosial şəbəkəsinə qadağa tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalayacağını bildirib.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində bildirib.

“Əgər qəbul edilsə, mən onu imzalayacağam”, - Amerika lideri qeyd edib.

Qanun layihəsi bu həftənin əvvəlində Nümayəndələr Palatasının Çin üzrə Seçmə Komitəsinin saytında dərc edilib. Sənəd “TikTok”la “ByteDance” də daxil olmaqla istənilən Çin tərəfindən idarə olunan qurum arasında əlaqələri kəsməyə yönəlib.

Qanun layihəsinin müəllifləri şirkətə sosial şəbəkəni satmaq üçün altı ay vaxt verirlər. Əgər bu baş verməsə, “TikTok”un ABŞ-də yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir.

Sənədin müəllifləri Çin üzrə xüsusi komitənin sədri Mayk Qallaxer (Respublikaçı, Viskonsin ştatı) və onun həmkarı Raca Krişnamurtidir (Demokrat, İllinoys ştatı).

Konqresmenlər eyni tədbirləri gələcəkdə “düşmənlər tərəfindən idarə olunan tətbiqlərə” də şamil etməyi təklif edirlər. Amerika hakimiyyəti adətən İran, Çin, Şimali Koreya və Rusiyanı ABŞ-nin düşmənləri siyahısına salır.

Qeyd edək ki, qanun layihəsi martın 7-də  ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. Konqresin aşağı palatasının tam olaraq gələn həftə ona baxacağı gözlənilir. Senatın nə vaxt səs verə biləcəyi hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, qısa videolar yükləməyə imkan verən “TikTok “sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi indi “ByteDance”dir.




Paylaş:


Müəllif : Tarix:
9-03-2024, 12:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər