Əli İnsanov YAP-a qayıdır? - İDDİA

Keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. Yenisabah.az xatırladır ki, bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün "Facebook" səhifəsində məlumat yayıb.
Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib.
Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri "gələn də olur, gedən də" deməklə kifayətlənib.
Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez "Əgər belədirsə, gedib YAP-a üzv olaq" məzmunlu fikirləri eşitmək mümkündür.
Regionxeberlericom.az bildirir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatır. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək.
Əldə etdiyimiz məlumata görə, partiyada siyasi təlatümün baş verməsi bu qurumun sədri Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2023, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var