"Lerikdə insanlar torpaq sahələrini sənədləşdirə bilmirlər" - Axır ki, İqbal Məmmədov da xalqın dərdindən DANIŞDI

Hazırda Lerik rayonunun 17 kəndində insanlar ümumilikdə 700 hektarlıq torpaq sahələrini sənədləşdirə bilmirlər.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili İqbal Məmmədov bildirib.
Onun sözlərinə görə, buna səbəb həmin torpaq sahələrinin xəritələrinin düzgün çəkilməməsidir.
"Sonuncu dəfə 2007-2008-ci illərdə rayonlarda kadastr xəritələri yenilənib, lakin düzgün çəkilməyib. Ayrı-ayrı insanların torpaq sahələri faktlara əsasən müəyyən edilməyib. Bundan əziyyət çəkən isə sadə kənd camaatıdır. Onlar dövlətdən subsidiya ala, əmlakını banka girov qoyub kredit götürə bilmir", - deyə deputat qeyd edib.
"Hazırda həmin torpaqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə fonduna aid torpaqlar kimi göstərilir. Ümumilikdə 2 700 hektar meşə sahəsi mübahisəlidir", - deyə İ.Məmmədov əlavə edib. //report//
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2023, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”