
Lerik camaatından İqbal Məmmədova ŞOK İTTİHAMLAR - VİDEO

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov artıq Yeni Azərbaycan Partiyası üçün də problemə çevrilir. Nyus.Az-ın məlumatına görə, Lerik seçicilərinin İqbal Məmmədovu qəbul etməməsinə rəğmən deputat inzibati resursların hesabına təbliğat və təşviqat kampaniyasını aparmaqla hakim partiyanı da nüfuzdan salır. Onun kampaniya zamanı YAP-ın namizədi olduğunu xüsusi vurğulaması, guya artıq mandatla təmin edilməsi barədə rəy yaratması hakim partiyaya qarşı əks-təbliğata rəvac verib. Digər tərəfdən, artıq rayoin sakinləri İqbal Məmmədovun namizədliyinə etirazlarını YAP-a ünvanlamağa başlayıb.
İqbal Məmmədova qarşı mənfi münasibətin kökündə isə deputat kimi seçicilərinin problemləri ilə maraqlanmaması, onlara münasibətdə saymamazlıq nümayiş etdirməsi, bəzi hallarda isə sadə leriklilərə problemlər yaratması ilə bağlıdır.

Elə bu gün Şingədulan və Mulalan kəndlərinin sakinləri İqbal Məmmədovu sərt tənqid ediblər. Onlar bildiriblər ki, mərhum Heydər Əliyev bilsəydi ki, bu gün YAP İqbal Məmmədov kimi bir şəxsin namizədliyini irəli sürəcək o partiyanı yaratmaz. Adıçəkilən kəndlərin sakinləri bildiriblər ki, İqbal Məmmədov hansısa qaranlıq üsullarla YAP-ın namizədi olub. “Onun mənəvi haqqı yoxdur ki, gedib Blaband kəndində “Şingədulanlılar qırılsa da onlara qaz verməyəcəyəm” desin”, deyə sakinlər bildirib.
Onlar İqbal Məmmədovun 10 il Lerikin deputatı olduğunu qeyd edərək əlavə ediblər ki, sakinlər onun şirin vədlərinə inanıblar. Lakin sonradan onun sakinləri aldatdığının şahidi olublar.
Bu arada qeyd edək ki, İqbal Məmmədov Şingədulan kəndinə su problemi yaradıb. İllərdir ki, bu problem qalır.
Nyus.Az-a daxil olan başqa bi məlumatda deyilir ki, İqbal Məmmədov Lerikin icra başçısı Rövşən Bağırovla qohumdur. İddialara görə, onlar xalaoğludur. İqbal Məmmədova təbliğat və təşviqat kampaniyasında icra strukturlarının fəallığı da bununla bağlıdır.Növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələrdə siyasi təhlilçilər hesab edir ki, köhnə deputatların yenidən mandat qazanacağı inandırıcı görünmür. Çünki Milli Məclis məhz onların qeyri-qənaətbəxş fəaliyyətinə görə buraxılıb. Deputatlar, o cümlədən İqbal Məmmədov Milli Məclisin buraxılmasının lehinə səs verməklə deputat kimi funksilarını yerinə yetirmədiklərini etiraf ediblər.
İqbal Məmmədov həm də vergi məmurlarını döydürən şəxs kimi tanınır. Ötən il ona məxsus “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları döyülmüşdü. Bu əməlin başında isə İqbal Məmmədovun oğlu və yaxın qohumları dayanırdı. Hazırda deputatın oğlu və qardaşı oğlu başda olmaqla 6 nəfər bu işə görə həbsdədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2020, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov artıq Yeni Azərbaycan Partiyası üçün də problemə çevrilir. Nyus.Az-ın məlumatına görə, Lerik seçicilərinin İqbal Məmmədovu qəbul etməməsinə rəğmən deputat inzibati resursların hesabına təbliğat və təşviqat kampaniyasını aparmaqla hakim partiyanı da nüfuzdan salır. Onun kampaniya zamanı YAP-ın namizədi olduğunu xüsusi vurğulaması, guya artıq mandatla təmin edilməsi barədə rəy yaratması hakim partiyaya qarşı əks-təbliğata rəvac verib. Digər tərəfdən, artıq rayoin sakinləri İqbal Məmmədovun namizədliyinə etirazlarını YAP-a ünvanlamağa başlayıb.
İqbal Məmmədova qarşı mənfi münasibətin kökündə isə deputat kimi seçicilərinin problemləri ilə maraqlanmaması, onlara münasibətdə saymamazlıq nümayiş etdirməsi, bəzi hallarda isə sadə leriklilərə problemlər yaratması ilə bağlıdır.

Elə bu gün Şingədulan və Mulalan kəndlərinin sakinləri İqbal Məmmədovu sərt tənqid ediblər. Onlar bildiriblər ki, mərhum Heydər Əliyev bilsəydi ki, bu gün YAP İqbal Məmmədov kimi bir şəxsin namizədliyini irəli sürəcək o partiyanı yaratmaz. Adıçəkilən kəndlərin sakinləri bildiriblər ki, İqbal Məmmədov hansısa qaranlıq üsullarla YAP-ın namizədi olub. “Onun mənəvi haqqı yoxdur ki, gedib Blaband kəndində “Şingədulanlılar qırılsa da onlara qaz verməyəcəyəm” desin”, deyə sakinlər bildirib.
Onlar İqbal Məmmədovun 10 il Lerikin deputatı olduğunu qeyd edərək əlavə ediblər ki, sakinlər onun şirin vədlərinə inanıblar. Lakin sonradan onun sakinləri aldatdığının şahidi olublar.
Bu arada qeyd edək ki, İqbal Məmmədov Şingədulan kəndinə su problemi yaradıb. İllərdir ki, bu problem qalır.
Nyus.Az-a daxil olan başqa bi məlumatda deyilir ki, İqbal Məmmədov Lerikin icra başçısı Rövşən Bağırovla qohumdur. İddialara görə, onlar xalaoğludur. İqbal Məmmədova təbliğat və təşviqat kampaniyasında icra strukturlarının fəallığı da bununla bağlıdır.
Növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələrdə siyasi təhlilçilər hesab edir ki, köhnə deputatların yenidən mandat qazanacağı inandırıcı görünmür. Çünki Milli Məclis məhz onların qeyri-qənaətbəxş fəaliyyətinə görə buraxılıb. Deputatlar, o cümlədən İqbal Məmmədov Milli Məclisin buraxılmasının lehinə səs verməklə deputat kimi funksilarını yerinə yetirmədiklərini etiraf ediblər.
İqbal Məmmədov həm də vergi məmurlarını döydürən şəxs kimi tanınır. Ötən il ona məxsus “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları döyülmüşdü. Bu əməlin başında isə İqbal Məmmədovun oğlu və yaxın qohumları dayanırdı. Hazırda deputatın oğlu və qardaşı oğlu başda olmaqla 6 nəfər bu işə görə həbsdədir.
İqbal Məmmədov həm də vergi məmurlarını döydürən şəxs kimi tanınır. Ötən il ona məxsus “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları döyülmüşdü. Bu əməlin başında isə İqbal Məmmədovun oğlu və yaxın qohumları dayanırdı. Hazırda deputatın oğlu və qardaşı oğlu başda olmaqla 6 nəfər bu işə görə həbsdədir.
Paylaş:
Müəllif :
Yazar
Tarix:30-01-2020, 10:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto
