Şuşada hər yerdə tonqal qalamaq olmaz, AMMA BAZAR AÇMAQ OLAR... - ŞOK İDDİALAR
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.
Bu, Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.
Sənəddə həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır..
Hər halda, bura qədər hər şey gözəldir. Və maləsəf ki, ancaq KAĞIZ ÜZƏRİNDƏ...
Acınacaqlı olanı odur ki, bəzi işbazlar Şuşa kimi müqəddəs bir ünvanı da özləri üçün qazanc mənbəyi9nə çeviriblər və bu gün hər qarışı qanla yoğrulmuş Şuşamızın hər kvadratmetrəsinə dövlətin xüsusi diqqətinin olmasına rəğmən, bir daha qeyd edirik... BƏZİ İŞBAZ MƏMURLAR Şuşamızı da özlərinin qazanc ünvanına çevirə biliblər. Bu barədə Şuşadakı mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri postunu tutan Məftun Abbasov maləsəf ki, Şuşamızdan pul çıxarmağı bir nömrəli vəzifəsi kimi görməkdədir.
Mənbənin söylədikləri:
Məftun Abbasov
"Bu gün Şuşada yerləşən ayrı-ayrı dövlət qurumlarının, özəl şirkətlərin işçilərinin qaldıqları bütün yaşayış yerləri birbaşa olaraq Məftun Abbasov tərəfindən kirayə verilib və əldə olunan vəsait də məhz onun şəxsi cibinə axmaqdadır. Məftun Abbasov özünü Şuaşada o qədər səlahiyyətli hiss edir ki, hətta Şuşanın yerli sakinlərinə məxsus evləri də kirayə verməkdən çəkinmir.
Dəfələrlə olub ki, Şuşaya öz evini görməyə gələn şuşalılar evlərində sakinlərin olması ilə rastlaşıblar, hətta dava da düşüb zaman-zaman..."
Bundan əlavə, özəl şirkətlərin işçilərinə bahalı xidmətləri rəsmiləşdirən Məftun Abbasov barədə danışan mənbə iddia edir ki, bütün bu faktlar dəyərlərimizə kölgə saldığı kimi, hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir: "Təbii ki, bu siyasi hadisədir və bununla bağlı siyasi qərar verilməlidir. Məftun Abbasov bu qərardan sonra təftiş oluna bilər və ortaya daha ciddi faktlar da çıxacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2022, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto