reklam
Regionxeberlericom.az » Hadisə » Saatlıda əməliyyat: narkokuryerdən 8 kiloqram heroin aşkar edildi

reklam

Saatlıda əməliyyat: narkokuryerdən 8 kiloqram heroin aşkar edildi

Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və marixuana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Əliyev Gülməmməd saxlanılıb.

Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Bundan başqa Saatlı RPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.






Paylaş:


Müəllif : Tarix:
19-03-2024, 09:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər