
Lerikdə evə basqın: yaşlı ər və arvad döyüldü - FOTO
Lerikdə evə girən maskalı şəxs ər və arvada xəsarət yetirib.
Hadisə ötən gecə Lerik rayonunun ucqar Sors kəndində baş verib.
Zərərçəkən 73 yaşlı Natiqə Heybət qızı Əliyevanın sözlərinə görə, gecə saat 03:00 radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib
Ayağa durmaq istəyərkən üzündə maska olan şəxs ona hücum edərək, əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib. Lakin o, səs-küy saldığından naməlum şəxs N.Əliyevanın sifət nahiyəsinə ağır xəsarət yetirib və o huşunu itirib.
Bundan sonra evə soxulan şəxs və ya şəxslər yan otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahişəsinə küt alətlə zərbələr endiriblər. Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib və bir ayağından əlildir.
Ailə üzvlərinin sözlərinə görə, xəsarət alanlar yaşlı insanlardır, heç kəslə konfliktləri yoxdur. Övladları ailəli olduqları üçün evdə ər və arvaddan başqa kimsə olmayıb.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.(oxu.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-03-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hadisə ötən gecə Lerik rayonunun ucqar Sors kəndində baş verib.
Zərərçəkən 73 yaşlı Natiqə Heybət qızı Əliyevanın sözlərinə görə, gecə saat 03:00 radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib
Bundan sonra evə soxulan şəxs və ya şəxslər yan otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahişəsinə küt alətlə zərbələr endiriblər. Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib və bir ayağından əlildir.
Ailə üzvlərinin sözlərinə görə, xəsarət alanlar yaşlı insanlardır, heç kəslə konfliktləri yoxdur. Övladları ailəli olduqları üçün evdə ər və arvaddan başqa kimsə olmayıb.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.(oxu.az)
Paylaş:
Müəllif :
Redaktor
Tarix:2-03-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:49
Dünən, 20:28
Dünən, 20:24
Dünən, 09:24

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video
