Avtomobil TIR-a çırpıldı - 2 nəfər öldü

Bu gecə saat 00:30 radələrində Bakı-Qazax magistralının Ağstafadan keçən 465-ci kilometrliyində ağır yol qəzası baş verib.
RFegionxeberlericom.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Xəlilov Məmməd İsrail oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əsədov Ramil Akif oğlunun sürdüyü “MAN” markalı TIR-a çırpılıb.
Nəticədə sürücü - 35 yaşlı Məmməd Xəlilov və sərnişini Orxan Rzayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub:
"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
Paylaş:
Müəllif : Yazar
Tarix:27-02-2023, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb