Bakı-Quba yolundakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub.
Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Daxili İşlər Nazirliyi ( DİN) də Bakı-Quba yolundakı qəza ilə bağlı məlumat yayıb.
Rəsmi məlumata görə, “Mercedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, yaralananların sayı 8 nəfərə çatıb.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) də bugünükü qəza ilə bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda bildirilib.
***
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
“Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir”, - TƏBİB-in məlumatında bildirilib.

Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2023, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II