Dəhşətli yol qəzasında ölən və yaralananların - Adları

Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.
regionxeberlericom.az "Report"a istinadən məlumatına görə, ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-03-2019, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-03-2019, 12:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:16
Dünən, 12:30
Dünən, 11:31
Dünən, 08:46
5-08-2025, 12:19
5-08-2025, 10:34

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir