Cehizlərlə birgə bütün evi yandı: kənd camaatı yığışdı, icra başçısı da gəldi - FOTOLENT
Salyanda şəhid qardaşının evi yanıb.
regionxeberlericom.az-un Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə dünən günorta saatlarında, rayonun Pambıqkənd kəndində qeydə alınıb. Ev sahibi Hüseynov Tural Sadıq oğlu anası ilə birgə səhər saatlarında bazara gedib. Qayıtdıqda evin tamamilə yanıb külə döndüyünün şahidi olublar. Hadisənin digər faciəvi tərəfi odur ki, yanğının 25 yaşlı Turalın toyu ərəfəsində baş verib. Məlumata görə, adıçəkilən şəxsin bu ayın 29-u toyu olacaq. Kənd sakinlərinin dediyinə görə, Tural toy üçün bütün hazırlıqları görüb, hətta gəlinin cehizlərini də gətirib. Cehizlər də yanğın zamanı yanıb külə dönüb. Yanğının elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi deyilir.
Kənd sakinlərindən olan Vidadi Yusubov Salyan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmovun da hadisə yerinə gəldiyini bildirib:
- Tural mənim yaxın qonşumdur. Dekabrın 29-u toyu olacaq. Ev tamamilə yanıb külə döndü. Qonşular da kimin nəyə gücü çatırsa, birləşib kömək etməyə çalışırıq. Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov da Turalın evinə baxıb. Başçı evin dam örtüyünün xərclərini öz boynuna götürüb və əlavə olaraq maddi köməklik göstərib.
Ev sahibi Tural Hüseynov isə Lent.az -a toyunun təxirə salınmayacağını bildirib:
- Evin bütün otaqları yanıb. Təkcə qabaq tərəfdə tikdiyimiz mətbəx qalıb. İçəridə olan bütün məişət əşyalarımız külə dönüb. Hardasa 15 min manatdan çox ziyana düşmüşük. Lakin ayın 29-na planlaşdırdığımız toy mərasimini təxirə salmayacağıq. Buna görə də indi evin heç olmasa bir otağına suvaq çəkirik. Qonşular sağ olsunlar, evin təmirinə fiziki kömək edirlər.
Qeyd edək ki, Tural Hüseynovun böyük qardaşı Vaqif Hüseynov 1994-cü ildə I Qarabağ müharibəsində şəhid olub. Atası Sadıq Hüseynov 10 il əvvəl dünyasını dəyişib.

Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2019, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2019, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 19:22
Dünən, 09:29
Dünən, 09:17
Dünən, 09:13
8-08-2025, 09:35
7-08-2025, 08:16
6-08-2025, 16:48
6-08-2025, 12:30
6-08-2025, 11:31

Şəkidə vətəndaş “əlillik pensiyası” adı ilə aldadıldığını iddia edir — Baş Prokurora müraciət

"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?