reklam
Regionxeberlericom.az » Gündəm » Krım körpüsündə daha bir partlayış: Ölənlər var - Fotolar

reklam

Krım körpüsündə daha bir partlayış: Ölənlər var - Fotolar

















Krım körpüsündə partlayış baş verib.
RegionXəbərləricom.az TASS-a istinadla xəbər verir ki, partlayış nəticəsində bir kişi və bir qadın ölüb, qızları yaralanıb.
İlhaq edilmiş Krımın “rəhbəri” Sergey Aksyonov bildirib ki, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, fövqəladə vəziyyət elan edilib.
Rusiya Federasiyası Nəqliyyat Nazirliyi körpünün aşırımlarında yol yatağının zədələndiyini bildirsə də, dayaqların zədələnməsi barədə məlumatı təsdiqləməyib.
Sergey Aksyonov “respublika” sakinlərindən sakit olmağı və yalnız etibarlı məlumat mənbələrinə etibar etməyi xahiş edib. Səlahiyyətlilər həmçinin turistləri imkan daxilində otellərdə qalmağa çağırıb.






Xatırladaq ki, Krım körpüsündə yaxın keçmişdə də partlayış olub. 2022-ci il oktyabrın 8-də səhər saatlarında körpüdə yük maşını partladılıb. Nəticədə dörd nəfər ölüb. Partlayış nəticəsində körpünün yol hissəsinin iki aşırımı dağılıb, dəmiryol hissəsindəki yanacaq çənləri yanıb. Bərpa işləri bir neçə ay davam edib və 2023-cü ilin fevralında Krım körpüsü tamamilə nəqliyyatın hərəkətinə açılıb.




Paylaş:


Müəllif : Tarix:
17-07-2023, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər