Cəbrayılovun qardaşının saxlanılmasının təfərrüatları - FOTO
Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun saxlanılması ilə bağlı yeni məlumatlar əldə etmişik.
Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkmiş kimi tanınan şəxslər Elşən Cəbrayılovun həbsini tələb etsələr də, keçmiş deputatın qardaşı tamamilə başqa şəxslərin şikayəti əsasında saxlanılıb. Yəni, Elşən Cəbrayılovun saxlanılmasının "Cəbrayılov işi” ilə əlaqəsi yoxdur. Baxmayaraq ki, bu işdə əsas fiqurantlardan biri də odur.
Hətta Rafael Cəbrayılov məhkəmə proseslərində zərərçəkmişlərin pulunu qardaşının mənimsədiyini demişdi. Bundan başqa, Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova bir neçə dəfə Elşən Cəbrayılovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.
Rafael Cəbrayılov həbs ediləndə Elşən Cəbrayılov ölkədə olmayıb. O, Türkiyədə Bəydüzü adlanan ərazidə inşaat işləri ilə məşğul imiş.
İddialara görə, Elşən Cəbrayılov qardaşının da pullarını və əmlaklarını mənimsəyib. Bu baxımdan, Rafael Cəbrayılovun ailəsi də onun məsuliyyətə cəlb olunmasında maraqlı olub.
Elşən Cəbrayılovun saxlanılmasını Daxili İşlər Nazirliyi təsdiqləyib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Cəbrayılov işi”ndə zərərçəkmiş kimi şəxslər Elşən Cəbrayılovun bu iş üzrə də mühakimə olunmasını istəyir. Zərərəçəkmişlərin sözlərinə görə, bununla bağlı növbəti proseslərdə vəsatət qaldıracaqlar. "Rafael Cəbrayılov özü deyirdi ki, bu oyunları bizim başımıza qardaşı açıb. Ona görə də Elşən Cəbrayılov bizim iş üzrə də mühakimə olunmalıdır. Bütün məsuliyyəti Elşənin Cəbrayılovun üstünə atırdı”, deyə zərərçəkmişlər bildirib.
Bu arada Qaynarifo Elşən Cəbrayılovun fotosunu əldə edib. Fotonu təqdim edirik.

Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2022, 15:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video