reklam
Regionxeberlericom.az » Gündəm » Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq... - Aprel şəhidinin anası FƏRYAD ETDİ

reklam

Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq... - Aprel şəhidinin anası FƏRYAD ETDİ

Masallı rayonunda yaşayan şəhid anası fəryad edir.

regionxeberlericom.az bildirir ki, Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu:


Mən də dedim ki, qanunla bizim ailə üçün nə nəzərdə tutulubsa o diqqəti göstərin. Yuxarı orqanlardan gələn olanda rayon icra hakimiyyəti yalandan məlumat verir ki, guya bizim üçün nəsə ediblər. Bundan başqa baramaçılıqla məşğuluq. Baramalarımızı oğurladılar. Kənd icra nümayəndəsinə məlumat verdim. Qoymadı ki, hüquq mühafizə orqanlarına məlumat verim. Sonra bələdiyyədə işləyən bir tanışımız var dedi ki, sənin oğlun şəhid olandan sonra biz maaş almırıq. Dedilər ki, Masallı rayon İcra Hakmiyyəti sənin oğlununun dəfni üçün xərclənən vəsaiti bizim maaşımızdan tutur. Bu da mənə ağır gəlir ki, mənim şəhid oğlumun adından rayon icra hakimiyyəti niyə istifadə edir?Mənim oğlum vətən üçün şəhid olub. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, bizim ailəmizə kömək olunsun."



Paylaş:


Müəllif : Tarix:
3-04-2019, 13:33
Sikayət   


loading...
Загрузка...