reklam
Regionxeberlericom.az » Gündəm » 1-ci qrup hərbi əlil köməksiz durumda... - Müraciət

reklam

1-ci qrup hərbi əlil köməksiz durumda... - Müraciət


Cəlilabad rayon İcra hakimiyyətinin başçısı
çox hörmətli Namiq Zeynalov cənablarına
Cəlilabad rayon Təbriz küşəsi ev№45-də
yaşayan İsmayılov Qamət Əcəbəli oğlundan

ƏRİZƏ

Cənab başçı ilk öncə A. R. Qanun vericiliyində düzgün siyasət yürüdülməsində başda ölkə rəhbəri olmaqla bütün idarəetmə strukturlarında işləyən rəhbərlərə təşəkkür edirəm.Vətəndaş olaraq əminəm ki,aşağıda qeyd etdiyim şikayət ərizəsinin düzgün araşdırılmasında mənə yaxından köməklik göstərəcəksiniz. Mən 1-ci dərəcəli idmançıyam. YAP-ın üzvüyəm, seçkilərdə həmişə fəal olmuşam.DİN-in D.Q-nın əsgəri və çavuşu olmuşam. Hərbi əliləm və orta təhsilli idman müəllimiyəm.

Çox Hörmətli Başçı mən bir neçə dəfə ayrı-ayrı rəhbər işçilərə rəsmi olaraq müraciət etmişəm.Müraciətimin əsas məqsədi isə ixtisasıma uyğun olaraq bir işlə təmin olunmamağım olub.Belə ki,mən 2004-cü ildə A. R. Gənclər və İdman Nazirliyinin Bakı Bədən Tərbiyəsi kollecini bitirmişəm.Həmin vaxtdan başlayaraq ixtisasım üzrə Cəlilabad R.T.Ş-nin idman məktəbində müəllim işləmişəm.2011-ci ildə guya mənim oxuduğum kollec saxta olub və mənim diplomum da saxtadır deyə məni və müəllim yoldaşlarımı işdən kənarlaşdırdılar.

Hörmətli başçı əgər doğrudanda mənim oxuduğum kollec saxta idisə mənim həmin vaxtda 3-il çəkdiyim əziyyət necə olmalıdır?Axı mən kolleci oxuduğum vaxtdan 2011-ci ilə kimi müəllim kimi 10 il qüsursuz pedaqoji fəaliyyət göstərmişəm Sizdən əvvəl Hörmətli:Əziz müəllimə müraciət etmişəm o,da məni ayrı-ayrı işlərlə təmin edib ki,bunların heç biri ixtisasıma uyğun olmayıb.Hal-hazırda isə tam işsizəm.Nəzərə alsaq ki,mən ailəliyəm,2 azyaşlı uşaqımız var və kirayə mənzildə yaşayırıq.Onda bir anlığa mənim hansı əziyyətlərlə qarşılaşdığım sizin üçün gün kimi aydın olar.

Çox hörmətli Namiq müəllim,mənim və ailəmin olduqca ağır durumda yaşamağımızı nəzərə alaraq,məni ixtisasıma uyğun idman və hərbi müəllimi işiylə təmin etməyinizi Cəlilabad Rayon Təhsil şöbəsinin rəhbərinə Gənclər və idman

idarəsinin rəhbərinə və səfərbərlik xidmətinin rəyisinə göstəriş verməyinizi acizanə xahiş edirəm.

Hörmətli Başçı bir problemidə yadınıza salım neçə illər öncə hərbidən gəlmişəm hərbi vetaran kimi hələki ev, maşın, prezident təqaüdü sığorta ala bilməmişəm.

Əminəm ki bütün insani hisləri nəzərə alaraq mənim iş və hərbi problemimə kömək edəcəksiniz. Elə bu ümüdlə sizə çəkəcəyiniz zəhəmətə görə qabaqcadan səmimi minnətdarlığımı bildirirəm.



Paylaş:


Müəllif : Tarix:
2-04-2019, 09:14
Sikayət   


loading...
Загрузка...