Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: - “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib ki, Bibiheybətdə sürüşmə yox, uçqun baş verib.
Onun sözlərinə görə, uçqun baş verən yamacda sürüşmənin heç bir təzahürlərinə rast gəlinməyib:
“Orada aşınma, erroziya prosesləri var idi. Bunun isə ekzogen prosesə, yəni sürüşməyə aidiyyəti yoxdur. Hazırda yolun uçan hissəsində təmir-bərpa işləri gedir”.
Belə çıxır ki, nazirlik rəsmisi əslində həmin yolun keyfiyyətsiz çəkilməsinə işarə edib. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında 9 il əvvəl çəkilən Bibiheybət yolunda indiyədək hər hansı problem yaşanmadığını deyib:
“Əziz Qaralov mütəxəssisdir. Hər halda nəyəsə əsaslanıb belə bir açıqlama verib. Sürüşmədir, çökmədir, dağılmadır, hadisədir olub. Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə geoloji kəşfiyyat işləri aparılır. Bu işlərdən sonra həmin qurum orada nə baş verdiyi barədə daha dəqiq rəy bildirəcək. Mən bilmirəm Əziz Qaralovun təmsil etdiyi qurum orada geoloji kəşfiyyat işləri aparıb ya yox... Bunu nəyə əsaslanıb deyirlər? Təbii ki, onlar mütəxəssisdir və bununla bağlı bir söz deyə bilmərəm”.
Bibiheybət yolunun əsaslı çəkilişindən danışan Anar Nəcəfli indiyədək həmin yolda ciddi fəsadların olmadığını vurğulayıb. O deyib ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi heç bir halda vətəndaşların əziyyət çəkməsini istəmir:
“Bibiheybət yolu 2010-cu ildə inşa olunub. O vaxtdan indiyədək istismar olunub və hər hansı ciddi problem yaşanmayıb. Sadəcə, tərəfimizdən bu ilin mart ayında orada cari təmir işləri aparılıb. O zaman təmir işləri aparılarkən problem aşkar olunsaydı, təbii ki, belə halın baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülərdi. Heç kim istəməz ki, yolda hər hansı problem yaşansın və sonradan da buna görə vətəndaşlar əziyyət çəksin. Biz də çalışdıq və maksimal dərəcədə orada daha ağır fəsadların qarşısının alınması üçün tədbirlər gördük. Məsələn, noyabrın 24-də aşkar etdik ki, həmin yolda çatlar böyüyür, dərhal yol bağlandı. Yol bağlanmasaydı, hansı fəsadlara gətirib çıxarardı? Ondan əvvəl, yəni noyabrın 7-də biz o çatları müşahidə etməyə başladıq və aidiyyəti üzrə də dərhal müraciət olundu. Çatların araşdırılması tələb olunurdu ki, nədən yaranıb. Çünki yolun tikintisindən bu vaxtadək xeyli vaxt keçib. Həmin dönəmdə isə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi. Sonra isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yarandı”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2019, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2019, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:56
İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar
Dünən, 11:34
İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar
Dünən, 11:22
Gürcüstan parlamentində qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsi tətbiq olundu
Dünən, 10:53
VII çağırş Azərbaycan Milli Məclisi… - Köhnələrdən kimlər qalır, kimlər gedir, yeni simalar kimlər olacaq?
Dünən, 09:07
Göyçayda iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndə küllü miqdarda ziyanlar vurur-ŞİKAYƏT (FOTO-VİDEO)
Dünən, 08:37
Nədən istər işəgötürənlər və ya ixtiyarı məsul vəzifəli şəxslər istədikləri vaxt əmək qanunvericiliyini pozurlar?
12-05-2024, 22:00
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
11-05-2024, 15:27
lham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİR + VİDEO
11-05-2024, 11:51
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...
11-05-2024, 11:50