Hökumət binasına hücum, nazir müavini öldürüldü

Somalinin paytaxtı Moqadişoda hökumət binasına edilən hücum nəticəsində deputat, əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdalla öldürülüb.
Hücum radikal “Aş Şabab” qruplaşması tərəfindən həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl radikal islam qruplaşması Moqadişoda iki avtomobilin partladılması və nazirliyin binasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Başqa ölənlərin də olduğu deyilsə də, dəqiq say açıqlanmır. Hücum zamanı nazirliyin işçiləri binanı pəncərədən tərk etməli olublar.
Somalidə yerləşən “Aş Şabab “ qruplaşması “Əl Qaidə” terror təşkilatı ilə sıx əlaqələrə sahibdir.
***
Hüquq-mühafizə orqanları terror hücumu nəticəsində azı 10 nəfərin öldüyünü açıqlayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-03-2019, 21:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-03-2019, 21:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:49
Dünən, 20:28
Dünən, 20:24
Dünən, 09:24

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video