reklam
Regionxeberlericom.az » Dünya » Qəzzada 4 ayda qətlə yetirilən uşaqların sayı 4 ildə bütün dünyada öldürüləndən çoxdur

reklam

Qəzzada 4 ayda qətlə yetirilən uşaqların sayı 4 ildə bütün dünyada öldürüləndən çoxdur


















“Dörd ayda Qəzza zolağında öldürülən uşaqların sayı dörd ildə dünya üzrə münaqişələrdə öldürülən uşaqların sayından çox olub”.

Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini “X” sosial şəbəkə hesabındakı bəyanatında qeyd edib.

“Qəzza zolağında dörd aydan bir qədər çox müddət ərzində öldürülən uşaqların sayı dünya üzrə dörd illik müharibələrdə öldürülən uşaqların sayından çoxdur”, - Lazzarini bildirib.

Onun sözlərinə görə, Fələstinlə İsrail arasındakı mövcud eskalasiya uşaqlara qarşı müharibədir. Digər tərəfdən, Lazzarini bir daha Qəzza zolağında uşaqlar naminə hərbi əməliyyatları dayandırmağa çağırıb.

Qeyd edək ki, Fələstin anklavından alınan son məlumatlara görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,2 min nəfərə yaxınlaşır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır.




Paylaş:


Müəllif : Tarix:
13-03-2024, 11:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər