reklam
Regionxeberlericom.az » Dünya » Rusiya-Ukrayna qarşıdurması növbəti mərhələyə qədəm qoyur - İNCƏLƏMƏ...

reklam

Rusiya-Ukrayna qarşıdurması növbəti mərhələyə qədəm qoyur - İNCƏLƏMƏ...


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın danışıqlar aparmaq təklifinə müsbət cavab verdiyini deyib. Onun sözlərinə görə, gələn həftənin sonunda Rusiya XİN başçısı Sergey Lavrovla Amerikanın dövlət katibi Entoni Blinken Avropada görüşəcək: “Biz Rusiyanın Ukraynanı işğal etməyəcəyi şərti ilə razılaşdıq. Əgər yaxın günlərdə işğal etsələr, məlum olacaq ki, onlar heç vaxt diplomatiyaya ciddi yanaşmayıblar”.

Xatırladaq ki, iki gündür Ukraynanın Donbass əyalətində lokal döyüşlər baş verməkdədir. Fevralın 17-dən etibarən separatçılar Ukrayna silahlı qüvvələrinin mövqelərini atəşə tuturlar. Amerika Prezidenti Cozef Bayden Rusiyanın bir neçə gün ərzində Ukraynaya hücum edəcəyini deyib. Bayden müharibə riskinin çox yüksək olduğunu söyləyib. Ukraynanın NATO-dakı missiyasının rəhbəri Natalya Qalibarenko da bildirib ki, separatçılar Rusiyanın hücumu üçün zəmin yaradır.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması Rusiyanın hücum üçün bəhanə axtardığını göstərir: “Ötən gün təkcə Stanitsa Luqansk deyil, eyni zamanda Marinka və Troitskoe də atəşə tutulub. Təəssüflər olsun ki, Rusiyanın Ukraynanın vəziyyəti gərginləşdirməsi bəhanəsi ilə hücuma keçəcəyi barədə proqnozlar özünü doğruldur”. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov da qeyd edib ki, Moskva Kiyevə qarşı təxribatlara başlayıb: “Ukrayna hakimiyyəti bu gün dövlətə qarşı genişmiqyaslı əməliyyat təhlükəsi görmür, lakin Rusiyanın təxribatlarını qeydə alır”.Məlumata görə, Ukrayna ətrafında cərəyan edənləri “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukraynanın Donbass bölgəsində lokal döyüşlər Rusiyanın öz ordu birləşmələrinin bir qismini geri çəkməklə başladı. Analitikin sözlərinə görə, Rusiya 100 mindən artıq qoşunu Ukrayna sərhədlərinə yerləşdirsə də, “işğal siyasəti” iflasa uğradı:

“Rusiya rəhbərliyi hesab edirdi ki, Qərbin birliyi baş tutmayacaq və parçalanacaq. Amma soyuq müharibənin memarlarından olan Co Baydenin Ağ Evdə oturmasını hesaba almadılar. Bayden Avropa İttifaqını toparlayaraq Rusiyaya qarşı Qərbin vahid cəbhəsini təşkil edə bildi. Moskva belə bir koalisiyanı gözləmirdi. Qərbin geri çəkilməməsi Rusiyanın Ukraynaya güc tətbiq etməməsinə səbəb oldu. Ukraynaya genişmiqyaslı hücum ABŞ və NATO qarşıdurması deməkdir. Bu isə Rusiya iqtisadiyyatının tamamilə məhv olması anlamına gəlir. Rusiya qoşunlarını sərhəddən geri çəksə də, Donbassda separatçılar vasitəsilə Ukraynaya qarşı artilleriya zərbələri endirdi. Əgər Ukrayna öz ərazilərini işğaldan azad etməyə başlasa, Moskva dərhal separatçıların “müstəqilliyini” tanıyacaq. Rusiya növbəti dəfə Qərblə danışıqlarda öz təkliflərinin qəbul edilməsinə nail olmağa çalışacaq. Donbassda gərginlik isə səngiməyəcək. Artıq ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etdi. Bununla tərəflərin siyasi-hərbi qarşıdurması növbəti mərhələyə keçir”.




Paylaş:


Müəllif : Tarix:
19-02-2022, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər