reklam
Regionxeberlericom.az » Dünya » İranda sel fəlakəti: 57 ölü, 478 yaralı

reklam

İranda sel fəlakəti: 57 ölü, 478 yaralı

İranda iki həftədir davam edən yağışlar nəticəsində ölkənin şimal, cənub və cənub-qərb bölgələrində 57 nəfər həlak olub.

Bu barədə İRNA məlumat yayıb. İran Təcili Vəziyyətlər Qurumunun sözçüsü Mocteba Xalidi vəfat edənlərin 22-nin Şiraz, 5-nin Mazandaran, 3-nün Şimali Xorasan, 5-nin isə Lorestan bölgəsindən olduğunu bildirib.

Sel 478 nəfərin yaralanması ilə nəticələnib ki, bunlardan 19-nun müalicəsi hələ də davam edir.

Qeyd edək ki, dünəndən bəri İranda yağışların ikinci dalğası başlayıb və ölkənin şimal, şimal-qərb bölgələrinə ciddi təsir edir.


Paylaş:


Müəllif : Tarix:
3-04-2019, 13:52
Sikayət   


loading...
Загрузка...