ABŞ-dən Türkiyəyə təklif məktubu gəldi

ABŞ-nin 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata əsasən, araşdırmalar bitdikdən sonra iki tərəfin görüşəcəyi və bu görüşdə birgə araşdırma və qiymətləndirmələrin aparılacağı bildirilib.
“Siyahı və məhsullar əsasında qiymət təyin olunacaq. Son razılaşma mərhələsinə gəlincə, bu razılaşmanın ümumi dəyəri açıqlanacaq. Təklifimiz Türkiyədə həyata keçiriləcək istehsal və modernləşdirmə fəaliyyətləri üçün ABŞ səlahiyyətlilərinə göndərildi”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.
Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-02-2024, 18:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb