“Instagram” Ramzan Kadırovun üç oğlunun hesablarını blokladı
“İnstaqram Çeçenistan rəhbərinin oğulları Axmat, Adam və Eli Kadırovun hesablarını, həmçinin region rəhbəri Ramzan Kadırovun fəaliyyətindən bəhs edən səhifəni bloklayıb”.
Bu barədə TASS-a respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
“Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb. Bunlar Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hadji Kadırovun və Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun fəaliyyətindən bəhs edən səhifələrdir. Bundan əlavə, başçının oğulları - Axmat, Eli və Adam, həmçinin Xamzat Kadırovların hesabları bloklanıb”, - nazir bildirib.
Dudayev bloklamanı qərəz və ikiüzlülük adlandırıb:
“Bu, həqiqəti öyrənməyə çalışan milyonlarla auditoriyanın hüquqlarının birbaşa pozulmasıdır. Biz hüquqi üsullardan istifadə edərək belə bir qərara etiraz edəcəyik”.
Qeyd edək ki, Çeçenistan rəhbərinin Feysbuk və İnstaqram səhifələri 2017-ci ildə bağlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2023, 20:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...