reklam
Regionxeberlericom.az » Gündəm » Kadırov yeni tikilmiş kompleksə 15 yaşlı oğlunun adını verdi - Foto

reklam

Kadırov yeni tikilmiş kompleksə 15 yaşlı oğlunun adını verdi - Foto

















Çeçenistanın Kurçaloy şəhərində büdcə vəsaiti hesabına tikilmiş idman kompleksinin açılışı olub. Ona Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Əli Kadırovun adı verilib.
Bu barədə Çeçenistanın “Qroznı-İnform” dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, idman kompleksinin sahəsi 1500 kv.m-dən artıqdır, basketbol, voleybol, futbol, atletika, güc idman növləri və istənilən səviyyəli yarışların keçirilməsi üçün uyğundur.
Məlumat üçün bildirək ki, Əli (Zəlimxan) Kadırovun 15 yaşı var, Ramzan Kadırovun ikinci oğludur. O, 2004-cü ildə 31 yaşında infarktdan dünyasını dəyişən əmisinin adını daşıyır.
Qeyd edək ki, “Qafqaz Realiti” saytı daha əvvəl Ramzan Kadırovun dövlət strukturlarında vəzifə tutan qohumları barədə məlumat dərc edib. Onların arasında Çeçenistan rəhbərinin qızları Ayşat (Respublikanın mədəniyyət naziri), Xədicət (Qroznıda məktəbəqədər təhsil şöbəsinin müdiri), Xutmat (Kadırovun katibliyinin rəis müavini), eləcə də onun böyük oğlu, Çeçenistan Respublikasının Uşaq və Gənclərin Rusiya Hərəkatının sədri olan 17 yaşlı Axmat da var.




Paylaş:


Müəllif : Tarix:
14-10-2022, 15:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər