DYP vətəndaşlar üçün “Whatsapp” nömrəsi yaratdı - Yalnız foto və video..
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların qarşılaşdıqları yol hərəkəti qayda pozuntularına dair hallarla bağlı görüntüləri göndərməsi üçün yeni “Whatsapp” nömrəsi yaradıb.
Bu barədə İdarənin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat yayıb.
“Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni “Whatsapp” nömrəsi (050-8000-902) yaradıldı. Artıq yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.
Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.
Xahiş edirik nəzərə alasınız ki, “Whatsapp” nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”, - məlumatda deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-07-2023, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?