reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Polis atasını və ərini yarım sutka saxlamadan buraxıb" - Fotolar + Açıqlama

reklam

"Polis atasını və ərini yarım sutka saxlamadan buraxıb" - Fotolar + Açıqlama

















Xəbər verdiyimiz kimi, paytaxtda gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən kadrlar yayılıb. Kadrlar yayılan zaman Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilmişdi ki, xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Qeyd olunmuşdu ki, o, polis orqanındadır və təhlükəsizliyi təmin edilib.
Jurnalist Elnurə Abuşova məlumat yayaraq iddia edib ki, polislər qadının atasını və həyat yoldaşını heç yarım sutka saxlamadan buraxıblar:
“Anasız böyüyüb. Atası ögey anası ilə Günəşlidə yataqxanada yaşayır. Binəqədiyə ərə gəlib. Gələn gündən qayınanasından və ərindən şiddət görüb. Əlinin üstünü qayınana edib əvvəllər. 3 yaşı yoxdu balasının. Uşağı alıblar əlindən. Aldadırlar, “ərizəni geri götür, uşağı verək”. Xanım ərə gedən gündən dükanda işləyib, əri tüfeylidir, işsiz. Atasından həmişə şiddət görüb, düşünüb ki, ərə gedər, bəlkə yaxşı olar. Atasıgil də hazırda Binəqədidə ərinin evindədir. Polislər atasını və ərini heç yarım sutka saxlamadan buraxıblar. Xanım əlaqədar orqanlardan xahiş edir, balasını istəyir, təhlükəsizliyinə zəmanət istəyir. Daha bir 22 yaşlı gənc xanım ölümün bir addımlığındadır. Deyir uşaq məndən ayrı qala bilmir. Qadın məhkəməyə verib boşanırmış. Döyülməkdən yorulub. Ona görə belə ediblər. Vəkili də yoxdur.
Qadın köməksizdir. Kömək edin!!! Cəmi 22 yaşı var...
Şiddət göstərənlər qıraqdadı, şikayət ərizəsi olsa da, şiddət olsa da. Xanım dəstəksizdir, kömək edin”.
Qeyd edək ki, jurnalist, həmçinin qadına qarşı zorakılığı əks etdirən fotolar da paylaşıb.




Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə Yeniavaz.com.az  bildirib ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib:
“Araşdırma aparılır. Araşdrımanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.




Paylaş:


Müəllif : Tarix:
27-02-2023, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər