reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zakir Həsənova müavin təyin olunan 36 yaşlı Aqil Qurbanov kimdir? - Yenilənib

reklam

Zakir Həsənova müavin təyin olunan 36 yaşlı Aqil Qurbanov kimdir? - Yenilənib

















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

***12:06
Müdafiə naziri Zakir Həsənova yeni müavin təyin edildiyi iddia olunur. Bu barədə Meydan TV Nazirlikdəki mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, Zakir Həsənova yeni təyin edilmiş müavin 36 yaşlı Aqil Səlim oğlu Qurbanovdur.
A. Qurbanov bundan əvvəl “Sumqayıt Texnologiyalar Parkı”ın müşahidə şurasının sədri olub.
Məlumat üçün bildirək ki, Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Onu da bildirək ki, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin təməli 1895-ci ildə qoyulub. Bu təhsil ocağı dünyanın nüfuzlu məktəblərindən hesab olunur. Xarici tələbələr üçün illik təhsil haqqı 25-36 min funt sterlinq (52-75 min manat) arasında dəyişir.
Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə “Azerfon” (“NarMobile”) şirkətində və “Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə “Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında “Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında “Sumqayıt Texnologiyalar Parkı”ın müşahidə şurasının sədri təyin edilib.
O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.
Qeyd edək ki, dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edərkən A. Qurbanov da sözügedən şəxslərin arasında olub.

Nazirliyin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 





Paylaş:


Müəllif : Tarix:
13-12-2022, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər