reklam
Regionxeberlericom.az » Cəmiyyət » Famil Sadıqovun açıqlaması “Qazprom”un səhmlərini kəskin ucuzlaşdırdı

reklam

Famil Sadıqovun açıqlaması “Qazprom”un səhmlərini kəskin ucuzlaşdırdı

















Moskva birjasında Rusiyanın və eləcə də dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Qazprom”un səhmləri 30%-dən çox dəyər itirib.

Səhmlərin kəskin şəkildə ucuzlaşmasının səbəbi “Qazprom” İdarə Heyətinin sədr müavini Famil Sadıqovun açıqlaması olub.

Famil Sadıqov açıqlamasında bildirib ki, səhmdarların illik yığıncağında 2021-ci il üçün dividend ödəməkdən imtina edilib: “Səhmdarlar qərara gəliblər ki, hazırkı vəziyyətdə 2021-ci il üçün dividendlərin ödənilməsi məqsədəuyğun deyil. Hazırda “Qazprom”un prioritetləri investisiya proqramının həyata keçirilməsi, o cümlədən regionların qazlaşdırılması və qışa hazırlıqdır”. 

Məlumat üçün bildirək ki, 2019-cu ildən “Qazprom” İdarə Heyətinin sədr müavini olan Famil Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999–2004-cü illərdə Rusiya vergilər və rüsumlar nazirinin müavini olub. 2005–2009-cu illərdə Hesablama Palatasının rəhbərinin müavini olub. Famil Sadıqov eyni zamanda Belarusda yerləşən "Belqazprombank" İdarə Heyətinin sədridir.




Paylaş:


Müəllif : Tarix:
30-06-2022, 15:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər