reklam
Regionxeberlericom.az » Cəmiyyət » Belaruslu futbolçu Bakıda maaşını almayıb - İddia

reklam

Belaruslu futbolçu Bakıda maaşını almayıb - İddia
















Belarus futbolçu Nikita Tarbyakov 2024/25 mövsümün birinci yarısında Azərbaycanın 1-ci liqa təmsilçisi “Baku Sportinq”də oynayıb. 4 ay sonra o, klubu tərk edib. 22 yaşlı mərkəz müdafiıçisi indi ölkəsinin “Lida” klubunun formasını geyinir.

Football.by xəbər verir ki, Tarbyakov “Baku Sportinq”dən narazılığını bildirib, klubun ona 2 aylıq borcu ödəmədiyini iddia edib:

“Baku Sportinq” mənimlə düzgün davranmadı. Naməlum  səbəblərdən klub Azərbaycanda leqallaşma məsələmi həll edə bilmədi. Buna görə də ilk dövrənin bitməsinə 3 tur qalmış ondan ayrılmaq məcburiyyətində qaldım. Çünki miqrasiya xidməti ilə ciddi problemlər yaşama istəmədim.

Hava limanında yeni bir problem ortaya çıxdı. Klub müvəqqəti qeydiyyatımı vaxtında etməmişdi, buna görə də 310 manat cərimə ödədim. Bu azmış kimi, “Baku Sportinq” mənə 2 aylıq maaşı da ödəmədi”.

Qol.az-a açıqlamasında “Bakı Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədov klubun Tarbyakova borcunun olmadığını bildirib:

“Tarbyakovun bizim klubumuza gəlməsi ləngidi. Legioner futbolçunun oynaması üçün Peşəkar Futbol Liqasına ödənilməli olan məbləğ var - 5 min manat. Futbolçunun anlaşdığı menecer həmin məbləği ödəyəcəklərini bildirmişdi. Təəssüf ki, futbolçu məşqlərə başlayandan sonra həmin menecer bundan imtina etdi. 

Əslində, Nikita bizim klubda 1-ci liqada debut belə etməyib. Sənədləri yoluna qoymaq üçün xeyli vaxt və maliyyə sərf etdik. Daha sonra məlum oldu ki, futbolçunun Bakıda qalma müddəti də bitib. Nikita menecerinə dedi ki, burda qalmaq istəmir.

Bu işdə heç bir problem yaratmadıq. O, Belarusun  “Lida” klubu anlaşıb. O, heç bir rəsmi oyunda meydana çıxmayıb”.




Paylaş:


Müəllif : Tarix:
2-04-2025, 11:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər