İpoteka faizləri azaldılır? - VACİB AÇIQLAMA
İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq.
Hazırda ipoteka kreditləri ilə bağlı cəmiyyətdə çətinlik yaradan digər bir faktor isə faiz dərəcələrinin xeyli yüksək olması ilə bağlıdır. Yaxın gələcəkdə ipoteka faizlərində də güzəştlərin tətbiqi gözləniləndirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələlik bununla bağlı hansısa irəliləyiş yoxdur: vakansiya
“Bu təşəbbüs, təbii ki, çox yaxşı olardı. İpoteka Fondunun vasitəsi ilə verilən kreditlərdə aşağı faiz dərəcələri ilə gənc və sosial ipotekaya düşən ailələrə verilməsi cəmiyyət olaraq hamımızın istəyidir. Amma hələlik faiz dərəcələri ilə bağlı ciddi bir irəliləyişin olması görünmür. Bununla bağlı ümumiyyətlə, müzakirələr yoxdur.
Digər tərəfdən, İpoteka Fondunda kreditlərin verilməsi məsələsində bəzi dəyişikliklərə ehtiyac var. Çünki fondun verdiyi ipoteka kreditlərinin böyük çoxluğu Bakı və Abşeronun payına düşür. Bu doğru deyil”.
Ekspertin fikrincə, regionlarda aşağı faizlə ipoteka kreditlərinin verilməsi müsbət nəticələr verə bilər:
“Regionlarda daha aşağı faizlə ipoteka kreditlərinin təklif olunması praktikasına keçmək lazımdır. Məsələn, Gəncədə, Lənkəranda, Qubada, Mingəçevirdə, habelə Azərbaycanın digər şəhərlərində nisbətən aşağı faizlə ipoteka kreditinin verilməsi, əhalinin mənzil təminatı, o cümlədən bu regionlarda iş yerlərinin yaradılmasına, iqtisadi fürsətlərin artmasına səbəb ola bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2024, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb