reklam
Regionxeberlericom.az » Araşdırma » “Patrul.az”ın təsisçisinə bəraət verildi – Prokurorluq etiraz etdi

reklam

“Patrul.az”ın təsisçisinə bəraət verildi – Prokurorluq etiraz etdi


















Baş Prokurorluq şantajda təqsirləndirilən şəxsə bəraət hökmü verilməsindən protest verib.

Bu barədə prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və iş baxılması üçün məhkəməyə göndərilmişdir.

Sabunçu rayon məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilmiş, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir.

Dövlət ittihamçısı tərəfindən 28 dekabr 2023-cü il tarixdə qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilmişdir”, - məlumatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
29-12-2023, 11:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər