“Övladıma “lesbiyan”, “quş” deyirdilər” — Məktəbin pəncərəsindən özünü atan qızın anası (FOTOLAR)

Bakıda intihara cəhd edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlərdən danışıb.
Bu barədə şagirdin anası Sevil Hüseynova BAKU.WS-ə bildirib.
O deyib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.
“Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib.
Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona “peysər”, “lesbiyan”, “quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.
Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb:
“Qızım hər gün evə gəlib ağlayırdı. Nə baş verdiyini soruşanda da, bir söz demirdi. Bezdiyi üçün özünü öldürmək istəyib. İndi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.
Qeyd edək ki, Elina kiçik yaşlarında olarkən anası ilə atası ayrılıb. Sonradan Sevil Hüseynova başqa insanla ailə qurub. İndi onun doğma atası da qızı ilə maraqlanır. Onların münasibəti yaxşıdır. Ögey ata da Elina ilə xoş münasibətdədir. Onunla dost kimidirlər.
Məsələ ilə əlaqədar 162 saylı məktəblə əlaqə saxladıq. Katibə bildirdi ki, məktəbin direktoru Sevinc Abbasova, eləcə də, digər səlahiyyətli işçilər iclasdadırlar. Katibə ümumiyyətlə intihar barədə danışmaq istəmədiyini bildirdi.

Paylaş:
Müəllif : Redaktor
Tarix:5-04-2019, 21:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-04-2019, 21:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25
1-09-2025, 08:20
31-08-2025, 14:13

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video