reklam
Regionxeberlericom.az » Siyasət » Vanda bələdiyyə sədrliyi yenidən DEM-in namizədinə verildi – Yenilənib

reklam

Vanda bələdiyyə sədrliyi yenidən DEM-in namizədinə verildi – Yenilənib


















DEM Partiyasından Van vilayətinin bələdiyyə sədrliyinə namizəd olmuş və səslərin 55 faizindən çoxunu alaraq seçilmiş Abdullah Zeydan vəzifəsini icra edə biləcək.

Bu barədə Türkiyənin Ali Seçki Şurasının (YSK) iclasında qərar qəbul olunub.

Belə ki, partiyanın etirazını qəbul edən YSK İdarə Heyətinin 7 üzvü qərarın lehinə, 4 üzvü isə əleyhinə səs verib. Beləliklə qurum bələdiyyə sədrliyi mandatının Abdullah Zeydana verilməsi barədə qərar qəbul edib.

***11:28

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdə idarə heyətinin və tərəfdarlarının əksəriyyəti kürd olan DEM Partiyasından Van Böyükşəhər Bələdiyyəsinə sədr seçilən Abdullah Zeydanın səlahiyyətlərinin əlindən alınmasına görə başlayan etiraz dalğası böyüyür.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Van, Hakkari, Yüksekova, Siirt, Batman, Şırnak və İzmirdə keçirilən etirazlarda 89 nəfər saxlanılıb.

Həmçinin, Van və Bitlisdə 15 günlük nümayiş qadağası barədə qərar qəbul edilib. 

Xatırladaq ki, seçkilərdə DEM Partiyasından Van Böyükşəhər Bələdiyyə Başçısı namizədi Abdullah Zeydan 55 faiz səslə qalib gəlib. Lakin seçkiyə iki gün qalmış Ədliyyə Nazirliyinin etirazı ilə Zeydanın seçilmək hüququ əlindən alınıb və Ali Seçki Komissiyası (YSK) tərəfindən bələdiyyə başçılığı AK Partiyanın üzvü Abdullahat Arvaşa verilib.

















Bu qərardan sonra DEM Partiyası Mərkəzi İcraiyyə Şurası başda olmaqla bir çox şəhər və rayon təşkilatları Vanda etiraz aksiyası təşkil etmək qərarına gəlib. CHP sədri Özgür Özəl də bir qrup CHP üzvünü Vana getmək üçün təyin edib.

Gecə boyu bir çox şəhər və rayonlarda Zeydanın seçilmək hüququndan məhrum edilməsinə qarşı etiraz aksiyaları davam edib. Van, Hakkari, Yüksekova, Siirt, Batman, Şırnak və İzmirdə keçirilən etirazlarda 89 nəfərin saxlanılması barədə məlumatı Türkiyə daxili işlər naziri Əli Yerlikaya da təsdiqləyib.

“Aprelin 2-də icazəsiz nümayiş keçirən, terror təşkilatına qarşı dəstəkləyici şüarlar səsləndirən, təhlükəsizlik qüvvələrinə qarşı daşla hücum edən, bütün xəbərdarlıqlara baxmayaraq müqavimət göstərən Vanda 26, Yüksekovada 29, Hakkaridə 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 olmaqla ümumilikdə, 89 şübhəli şəxs nəzarət altına alınıb”, - nazir bildirib.

Digər tərəfdən, Van Valiliyi Vanda keçirilməsi planlaşdırılan etiraz və yürüşlərin qadağan edilməsinə qərar verib. Valilik bəyan edib ki, 3-17 aprel tarixləri arasında mətbuata açıqlamalar, oturaq aksiyalar və sorğular keçirmək, çadır və stend qurmaq/açmaq, imzatoplama kampaniyaları təşkil etmək, buklet, broşür və flayer paylamaq qadağandır. Eyni qərar Bitlis Valiliyi tərəfindən də qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
3-04-2024, 21:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər