reklam
Regionxeberlericom.az » Siyasət » Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı

reklam

Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı


Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.


Müdafiə Nazirliyindən verilən xəbərə görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.


Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.




Paylaş:


Müəllif : Tarix:
30-03-2024, 17:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər