reklam
Regionxeberlericom.az » Siyasət » “Dünya liderləri məndən Trampın qalib gəlməməsini xahiş edirlər” – Bayden

reklam

“Dünya liderləri məndən Trampın qalib gəlməməsini xahiş edirlər” – Bayden


















“Dünya liderləri məndən Trampın seçkilərdə qalib gəlməsinin qarşısını almağı xahiş edirlər”.

Bu barədə ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən tədbirdə deyib.

“Demək olar ki, bütün dünya liderləri deyir ki, siz Trampın (ABŞ-nin keçmiş prezidenti Donald Tramp – red.) qalib gəlməsinə icazə verə bilməzsiniz, demokratiya təhlükədədir. Mən o qədər də xüsusi deyiləm, amma Tramp deyiləm”, - Bayden deyib.

Onun sözlərinə görə, Tramp NATO-dan uzaqlaşıb və Rusiyaya istədiyini etməyə icazə verib.

Bayden həmçinin seçki rəqibini Amerika Vətəndaş Müharibəsindən bəri ən qeyri-demokratik prezident adlandırıb.

Tramp öz növbəsində dəfələrlə bəyan edib ki, Bayden ABŞ-də demokratiyanı təhlükə altına alır. Eks-prezident qeyd edib ki, ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinə qədər qalan müddət Baydenin ölkəyə vura biləcəyi zərər baxımından əbədiyyət kimi görünür.




Paylaş:


Müəllif : Tarix:
29-03-2024, 23:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər