reklam
Regionxeberlericom.az » Siyasət » “Belə bəyanatlar müttəfiqliyimizə uyğun gəlmir” – Moskvadan Bakıya demarş

reklam

“Belə bəyanatlar müttəfiqliyimizə uyğun gəlmir” – Moskvadan Bakıya demarş


















“Respublika Xarici İşlər Nazirliyinin Rusiyanın yeni regionlarında seçkilərin keçirilməsi ilə bağlı bəyanatına görə Rusiya Azərbaycana diplomatik demarş bildirib, bu cür bəyanatlar ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu cür qiymətləndirmələr bizim tərəfimizdən qəbul edilə bilməz və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun deyil. Ona görə də Azərbaycan tərəfi qarşısında diplomatik demarş həyata keçirilib. Biz bu barədə hər şeyi bildirdik”, - Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

“Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələlərinə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəfdaşlarımızın bizdən gözlədiyi hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni rayonların tarixini yaxşı bilirlər”, - diplomat əlavə edib.

Xatırladaq ki, sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) “regional parlamentlərə deputat seçkiləri” keçirib.

Sentyabrın 9-da Azərbaycan XİN Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in heç bir qanuni qüvvəsi olmadığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
13-09-2023, 18:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər