reklam
Regionxeberlericom.az » Siyasət » “Çin Tekstil” MMC - MƏHKƏMƏYƏ VERİLDİ

reklam

“Çin Tekstil” MMC - MƏHKƏMƏYƏ VERİLDİ


“Çin Tekstil” MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov təyin edilib.




Paylaş:


Müəllif : Tarix:
29-05-2023, 18:35
Sikayət   


loading...
Загрузка...