“Şuşa Bəyannaməsinin analoqu digər türk dövlətləri ilə də bağlanacaq” – Növbəti dövlət hansı OLACAQ?
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 29-da, 2 gün sonra isə Milli Məclisin spikeri Sahibə Qafarovanın Özbəkistana səfər edib. Hər iki rəsmi səfər zamanı Özbəkistan hökuməti ilə bir sıra sahələrdə əməkdaşlığı ehtiva edən razılaşmalar əldə olunub.
“Bu gün türk dünyasının addımları Azərbaycan və Türkiyə üzərindən atılır. Əgər türk dünyasının başı Türkiyədirsə, qəlbi Azərbaycandır. Çünki Azərbaycan elə bir ölkədir ki, həm Türk dünyasını, həm Avropa və Asiyanı bağlayabiləcək mövqedədir. Elə türk dünyasının özəyi də Azərbaycandan başlayır”, - Ramiyə Məmmədova bildirib. Bizim.Media-ya açıqlamasında politoloq Azərbaycan və Türkiyə rəsmilərinin Özbəkistana səfərlərini şərh edərkən, ilk öncə ölkəmizin imkanlarına diqqət çəkib:
“Yeni geosiyasi reallıqda Azərbaycanın strateji imkanları türk dünyasında bağlayıcı rol oynamağa imkan verir. Bu həm də Türkiyənin vahid birləşdirici qüvvə olmasının dünya siyasətində doğurduğu narahatlığı da aradan qaldırır. Çünki Türkiyənin lokomotiv rolunu oynamasına əks arqument kimi, Osmanlı ideyalarının inkifaşı məsələsi Qərbdə qabardılır.
Lakin Azərbaycanın da bu prosesdə aktiv iştirakı və Turan ideyalarının Azərbaycanın vasitəçiliyi ilə başlanması daha loyal qarşılanır. Çünki regionda əsas layihələr Azərbaycana yönələn xarici investisiyalar, yaxud da Azərbaycanın investisiyası hesabına həyata keçirilir”
Politoloq türk dövlətləri arasında inteqrasiyanın əhəmiyyətini 3 prizmadan şərh edib:
“Təbii ki, vahid Turan ideyasını bu gün reallaşdırmaq çətin olsa da, siyasi və iqtisadi əməkdaşlığa nail olmaq mümkündür. Artıq Qazaxıstan və Ukrayna olaylarında, eyni zamanda öz təcrübəmizdə biz şahid olduq ki, Rusiya təhsilli və arsenallı ordunun inkişaf perspektivi yoxdur. Əksinə Türkiyə təhsilli hərbçilərin daha uğurlu olduqları göz önündədir. Türk dövlətləri üçün NATO təcrübəsi olan Türkiyə ilə hərbi sferada əməkdaşlıq daha faydalıdır.
İkincisi, türkdilli dövlətlər iqtisadi sferada da Türkiyə ilə əməkdaşlığa can atırlar. Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra isə, Azərbaycan da Türkiyə ilə birlikdə regionda gedən proseslərin əsas aktorlarından birinə çevrildi. Xüsusilə də, Zəngəzur dəhlizi fonunda inkişaf edən beynəlxalq layihələr digər türk dövlətlərinə də imkanlar yaradır.
Üçüncüsü, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi dövlətlər Rusiyadan asılılığı azaltmağa çalışırlar. Çünki Rusiyanın istənilən vaxt digər ölkələrə qarmaq atmasının mümkünlüyü bu ölkələrdə sığortalanmaq ehtiyacı yaradır. Rusiyanın təsirini isə, daha güclü dostun yanında dayanmaqla azalda bilərlər. Ukrayna məsələsində həmin gücün Qərbdə olmadığı görüldü. Bu rolu oynaya biləcək tək ölkə Türkiyədir”.
Ramiyə Məmmədova Türkiyə ilə digər türk dövlətləri arasında hərbi əməkdaşlığın inkişaf edəcəyinə əminliyini də dilə gətirib:
“Gələcəkdə digər türk dövlətlərilə Türkiyə arasında Şuşa Bəyannaməsinə bənzər hərbi sazişlərin bağlanmasına da şahid olacağıq. Qarabağ münaqişəsinin başa çatmasından sonra həmin ölkələr də Azərbaycan nümunəsində gördülər ki, Türkiyə ilə təhlükəsizlik sazişi Rusiyanın aqressiyasından qorunmaq üçün vacibdir. Bu səbəbdən Özbəkistandan sonra, Qazaxıstan və Qırğızıstanın da oxşar addımı atması mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2022, 14:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var